Laçında ekoodun müəssisəsi fəaliyyətə başlayıb.
ONN media xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidməti MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva məlumat yayıb.
O bildirib ki, ekoloji təmiz məhsul sayılan ekoodun digər müəssisələrdəki istehsalat qalıqlarından, məsələn, mebel qırıqlarından, kəsinti və tullantılardan hazırlanır:
“Həmin qalıqlar yüksək hərarətli peçlərdə preslənir və ekoodun əldə olunur. Bu prosesi həyata keçirmək üçün İtaliyadan xüsusi avadanlıq gətirilib. “Bakı Abadlıq Xidməti” öz ənənəsinə uyğun olaraq, bu dəfə də işə yeni müəssisədə təlimlər keçməklə başlayıb. Müasir avadanlığın quraşdırılması, işə salınması, yeni texnologiya ilə işləyən laçınlılara xüsusi kursların keçirilməsi italiyalı mütəxəssislər tərəfindən icra olunub. Artıq təlim prosesi başa çatıb, müəssisə istehsalata başlayıb. Hazırda Laçındakı ekoodun müəssisəsində 12 yerli sakin çalışır. Bu məhsula tələb artdıqca təklif də çoxalacaq və istehsalat genişlənəcək”.
L.Əliyeva qeyd edib ki, ekoloji odun adi odundan daha uzun müddət yanması ilə fərqlənir:
“Bu prosesin ekoloji cəhətdən də böyük üstünlükləri var. Ekoodun əldə olunanda ağac məhv edilmir, yalnız əvvəlki istehsalat zamanı qalan qalıqlardan hazırlanır. Bu da itkisiz istehsalat deməkdir. Bir müəssisənin məhsullarının qalıq və qırıntıları hesabına ikinci müəssisənin fəaliyyəti təmin edilir. Ekoodundan hər növ soba və kaminlərdə istifadə etmək olur. Qida sənayesində, kafe və restoranlarda, təbiət qoynundakı pikniklərdə, samovar və manqallarda da bu odun işə çox yarayır. Həmçinin istehsal zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Bu məhsulun ən vacib cəhəti ekoloji təmiz məhsul olmasıdır”.



Laçında yeni mərkəzin açılışı oldu
Ordumuz Laçında təlimə başladı - MN
Bakı və Ankaranın Laçında hərbi gedişi: təlimlərin hədəfi nədir?
Yeni tekstil müəssisəsi açıldı
Prezident “Azmonbat” MMC-nin açılışında (YENİLƏNDİ)
Paytaxt küçələri yenə yuyuldu
Bu taksilər Bakı aeroportundan uzaqlaşdırıldı- SƏBƏB?
Azərbaycan maskaları gələn həftə satışa çıxarılacaq
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu BAŞA ÇATDI - YENİLƏNDİ
Laçında ilk məscid tikilir
Şəhidlər Xiyabanı 20 Yanvara hazırlaşır
SOCAR “Turan” adlı beynəlxalq şirkət yaratdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 