93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqəsində qeydə alınan ölkənin ən yaşlı seçicisi səs verib.
ONN media xəbər verir ki, Ağdaşın Hapıtlı kəndində yaşayan Barı Nəbiyeva 1900-cü ildə doğulub. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də Barı nənənin evinə daşınan seçki qutusu aparılıb. İstədiyi namizədə səs verən Barı Nəbiyeva qalib gələcək şəxsə uğurlar arzulayıb.
Xatırladaq ki, 93 saylı Ağdaş seçki dairəsi 51 seçki məntəqəsini əhatə edir. Bu məntəqələr üzrə 52 592 seçici prezident seçkisində öz seçimlərini etməli, istədiyi namizədə səs verməlidir.
Rayonda səhər saat 08:00-dan seçki kampaniyasının mühüm mərhələsi olan səsverməyə mütəşəkkilliklə başlanılıb. 1470 nəfər ilk dəfə səs verəcək, 324 nəfərin evinə daşınan seçki qutusu aparılacaq.
Dairə seçki komissiyasının sədri Əsgərxan Həsənov bildirib ki, səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol vermədən davam edir. Hazırda səsvermənin gedişini 680 yerli müşahidəçi izləyir.



Sumqayıtda 101 yaşlı seçici səs verdi
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
İlham Əliyevin 100% səs aldığı məntəqələr - Siyahı
Ən gərgin dairədə lider müəyyənləşmədi- SƏBƏB?
Ən yüksək seçici fəallığı harada qeydə alınıb?
Ən yüksək fəallıq hansı seçki dairəsindədir?
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI - VİDEO
SON DƏQİQƏ: Ləğvetmə başladı
Bələdiyyə seçkilərində bu iki məntəqənin nəticələri ləğv edildi
İlk dəfə deputat adı qazananların adları açıqlandı - SİYAHI
Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə YEKUN VURULDU
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 