Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala seçki dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub. ONN media xəbər verir ki, 111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov Apa-ya açıqlamasında dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olduğunu bildirib. Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb. 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev isə bildirib ki, dairə üzrə 10 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığına görə, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilib. Xatırladaq ki, nəticələrə görə, 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürmüş Aqil Məmmədov (Kəlbəcər İH başçısı) 71,8% səslə, 111 saylı Zaqatala seçki dairəsi üzrə isə Kamilə Əliyeva 53, 9% səslə lider idilər. Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyası daxil olan şikayətlərlə bağlı iclas keçirəcək. İclasda mühüm qərarların veriləcəyi gözlənilir.
SON DƏQİQƏ: Ləğvetmə başladı



Bələdiyyə seçkilərində bu iki məntəqənin nəticələri ləğv edildi
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI - VİDEO
MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı
Bu məntəqələrin seçkiləri ləğv olundu
MSK daha 4 məntəqənin nəticələrini ləğv etdi
SON DƏQİQƏ: 6 məntəqədə seçkinin nəticələri LƏĞV EDİLDİ
Ən gərgin dairədə lider müəyyənləşmədi- SƏBƏB?
3 dairənin nəticələrinin açıqlanmamasının səbəbi nədir?
Sevinc Fətəliyevanın dairəsində 4 məntəqə ləğv edildi
Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə YEKUN VURULDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 