Azərbaycanın üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.
ONN media xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən Murad Məmmədov finalda ukraynalı Aleksandr Xruşini 2:1 hesabı ilə üstələyərək qızıl medal əldə edib.
Rəşad Məmmədov (55 kiloqram) həlledici görüşdə moldovalı Artyom Deleanula 3:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Beka Kandelaki (130 kiloqram) norveçli Oskar Marvikə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək bürünc mükafatın sahibi olub.
İslam Abbasov (87 kiloqram) isə üçüncü yer uğrunda görüşdə ukraynalı Olimpiya, Dünya və Avropa çempionu Jan Belenyuka 1:2 hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub.
Beləliklə, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatına bir dəst medalla start verib.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.



Güləşçilərimiz daha 3 medal qazanıb
Güləşçimiz məğlub oldu
Nazir: Azərbaycan millisi tarixi uğura imza atıb
Güləşçimiz erməniyə qalib gəldi
Hacı Əliyev üçqat Avropa çempionu olub
Azərbaycan güləşçisi ermənini yenib medal qazandı- YENİLƏNİB
Güləşçimiz ermənini məğlub edərək bürünc medal qazandı
Güləşçilərimiz Avropa birincisi oldu
Azərbaycan növbəti medalını qazandı
Güləş üzrə ilk yerli yarış keçiriləcək
Mariya Stadnik 8 qat Avropa çempionu oldu
Daha iki güləşçimiz finala yüksəldi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 