ONN İnformasiya Agentliyi

Azərbaycan güləşçisi ermənini yenib medal qazandı- YENİLƏNİB

Azərbaycan güləşçisi ermənini yenib medal qazandı- YENİLƏNİB
23-10-2019, 18:55

Çinin Uhan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunlarında Azərbaycan bu gün üçüncü medalını qazanıb. ONN media xəbər verir ki, Mikayıl Rəhmanov (-67 kq) bürünc medal uğrunda görüşdə gənclər arasında son dünya çempionatının gümüş medalçısı Şant Xaçatryanla üz-üzə gəlib. Yunan-Roma güləşi üzrə idmançımız Ermənistan idmançısıyla prinsipial görüşdən 5:0 hesabıyla qalib ayrılaraq Dünya Oyunlarında III yeri tutub.

Qeyd edək ki, daha iki yunan-Roma güləşçimiz – Həsən Əliyevlə (-77 kq) Rafiq Hüseynov (-87 kq) sabah döşək üzərinə çıxacaq. 10:52 Çinin Uhan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunlarında Azərbaycan bu gün üçüncü medalını qazana bilər. Bu gün yarışlarda yunan-Roma güləşi üzrə mübarizəyə start verilib. 60 kq-da Murad Bazarov italiyalı Yakopo Sandronu 4:1 hesabı ilə məğlub etsə də, 1/4 finalda hindistanlı Qyanenderə 2:5 hesabı ilə uduzub. Lakin Qyanender yarımfinalda rusiyalı rəqibinə uduzduğundan, Bazarovun da medal qazanmaq şansları itib. Mikayıl Rəhmanov (-67 kq) isə Azərbaycanın aktivinə üçüncü medalı qazandıra bilər. O, 1/8 finalda suriyalı Əbdülkərim Əlhəsənə (rəqib yarışdan kənarlaşdırılıb), 1/4 finalda Fransa təmsilçisi Mamadassa Sillaya (8:0) qalib gəlib. Lakin Mikayıl yarımfinalda dünya və ikiqat Avropa çempionu, I Avropa Oyunlarının qalibi olmuş rusiyalı Artyom Surkova 1:3 hesabı ilə uduzub. Vaxtilə yeniyetmələr arasında dünya çempionu olmuş idmançımız axşam seansında bürünc medal görüşünə qatılacaq. Qeyd edək ki, Azərbaycan bugünədək iki medal qazanıb. Cüdoçularımız Hidayət Heydərovla (-81 kq) və Məmmədəli Mehdiyev (-90 kq) Azərbaycanın aktivinə iki bürünc medal yazdırıb. Bu nəticə ilə medal sıralamasında Azərbaycan XXXIV yerdə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png