Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə Əli Əsədovun namizədliyi irəli sürülüb.
Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib.
Qeyd edək ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev fevralın 14-də and içib. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir. Fevralın 14-də Nazirlər Kabineti istefa verib.
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir.
Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdi.



Nazirlər Kabineti istefa verdi
İlham Əliyev nə vaxt and içə bilər?
MM sabah toplanır- NƏ MÜZAKİRƏ OLUNACAQ?
Hökumət bu ay hesabat verəcək?
Kamran Əliyev MM-ə təqdim edildi
Namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 16-ya çatdı
MSK daha bir rəsmi məlumat yaydı
Hesablama Palatasına yeni təyinatlar
İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı
İlham Əliyev yeni baş nazir təyin etdi - Sərəncam
Milli Məclisin iclası başladı: Baş nazir istefa verir
Prezident İlham Əliyevin andiçmə mərasiminin tarixi açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 