Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları haqqında təbliğat və izahedici məlumatların çatdırılması məqsədilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Milli Müdafiə Universitetinin nümayəndələri ilə respublikanın ümumtəhsil orta məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə görüş keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə gənclərdə zabit peşəsinə marağın aşılanması, o cümlədən hərbi vətənpərvərlik işinin orta təhsil müəssisələrində daha səmərəli təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi rəhbərlərin təklifləri dinlənilib.
Milli Müdafiə Universitetinin təşviqat qrupunun zabitləri Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi, hərbi kolleclərə, eləcə də hərbi liseylərə qəbul qaydaları haqqında ətraflı məlumat verərək hərbi təhsil müəssisələrinin təminatından, sosial-məişət şəraitindən danışıb, eləcə də qəbulla bağlı sualları cavablandırıblar.
Görüşdə, həmçinin hərbi məktəblər haqqında videoçarxlar və hərbi vətənpərvərliyə dair filmlər nümayiş etdirilib



Müdafiə Nazirliyi rəsmi məlumat yaydı
Azərbaycanda hərbi məktəblər Milli Müdafiə Universitetinin tabeliyinə verildi
Azərbaycanda yeni hərbi universitet yaradıldı
MN rəsmi məlumat yaydı
Kursantlarımızın andiçmə mərasimi keçirildi
Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradılıb
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib
NATO hərbi ekspertləri Bakıya gəldi
Azərbaycan və Türkiyə generalları görüşdü
Vətən Müharibəsi Qəhrəmanı rəis təyin edildi
Ordumuz Naxçıvanda növbəti təlim toplantısı keçirdi
MN rəsmi məlumat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 