Naxçıvan Qarnizonunda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması məqsədi ilə növbəti təlim toplantısı keçirilib. Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, toplantı zamanı hərbi rəhbərlərin sıra hazırlığı yoxlanılıb. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçilən nəzəri dərslərdən sonra hərbi-vətənpərvərlik mövzusunda film və video-çarxlar nümayiş etdirilib. Təlim toplantısında müxtəlif təyinatlı silahların natamam sökülüb yığılması, kütləvi qırğın silahlarından mühafizə vasitələri və onlardan istifadə qaydaları əyani şəkildə göstərilərək normativlər qəbul olunub. Yaralılara ilkin tibbi yardım edilərək onların döyüş meydanından təxliyəsi üzrə dərslər keçilib. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən yekun tədbirində təlim toplantının nəticələri, hərbi rəhbərlərin bilik və bacarıq səviyyələri müzakirə edilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Cavid Məmmədov və Əlahiddə Ümumqoşun Ordu komandanın müavini, general-mayor Teymur Eyyubov belə təlim toplantıların böyük əhəmiyyət daşıdığını bildirib, hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını vurğulayıblar. Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.
Ordumuz Naxçıvanda növbəti təlim toplantısı keçirdi



Naxçıvanda qadın hərbçilər təlimə toplandı
MN rəsmi məlumat yaydı
Azərbaycanda ehtiyatda olan hərbçilərin təlim toplanışı başa çatıb
MN-dən daha bir rəsmi məlumat
Naxçıvanda döyüş helikopterləri havaya qalxdı - FOTO
MN rəsmi məlumat yaydı
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandir hazırlığı məşğələsi keçirildi /VİDEO
Naxçıvanda "Sarsılmaz qardaşlıq-2021" təlimi başladı
Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO
Azərbaycan ordusu HƏRƏKƏTƏ KEÇDİ - Əsgərlər qarlı dağlarda... (VİDEO)
Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim məşqi keçirildi - VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında toplantılar keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 