Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq.
ONN media xəbər verir ki, paytaxtın Nizami rayonu, "Qara Qarayev" metrostansiyasının ətrafındakı qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar da plana düşüb.
Həyata keçiriləcək pilot layihə nəticəsində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalar söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq.
Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.
İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar.
Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. Digər rayonlarda bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnb. Buna görə, pilot layihənin icra edilməsi üçün sakinlərin hamısı ilə razılıq əldə olunması gərəkdir.



Bakıda bu ərazilərdəki binalar söküləcək
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ- Binalar sökülür
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Bakının bu ərazisində söküntü başladı
Bu binalarda yaşayanların NƏZƏRİNƏ
Köhnə binalar nə vaxt söküləcək?
İstismar müddəti bitmiş binalarda mənzillər niyə bahadır? - AÇIQLAMA
DİQQƏT- Bu ərazilərdəki evlər söküləcək
Bakının bu ərazisində evlər plana düşdü
Bakıdakı bu binalar söküləcək- Əvəzində isə...
Bakıda bu binalar söküləcək — ÜNVAN
Eldar Əzizov Bakıda qəzalı binaların taleyi barədə açıqlama verib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 