Bakının 12 rayonunda komissiya üzvləri və mütəxəssislərlə birgə qəzalı binalara baxış keçirilib. Ekspert qrupunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, memar və tikinti mütəxəssisləri yer alıb.
Rayonlar üzrə məlumatlar toplanaraq Bakı şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya təqdim olunub və komissiya da öz növbəsində qəzalı binalar barədə məlumatları Nazirlər Kabinetinə göndərib.
ONN media bildirir ki, yaxın 2-3 gün ərzində Bakının Nərimanov rayonu ərazisində iki binanın sökülməsi barədə qərar açıqlanacaq. Bunlar Nərimanov rayonu ərazisində yerləşən Fətəlixan Xoyski 212 və 214 ünvanlarında yerləşən binalardır.
Binalar 1956-cı ildə Bakı Şin zavodunun yataqxanası kimi tikilib. O zaman həmin zavodun işçilərinə verilib, amma sonradan başqa ev ala bilmədikləri üçün orada yaşamalı olublar.
Yataqxanada yaşayan sakinlərə binaların sökülməsi zamanı iki variant təklif olunacaq. Onlar ya 1500 AZN kompensasiya alacaqlar, ya da sökülən yataqxananın yerində tikiləcək hündürmərtəbəli binadan mənzil əldə edəcəklər.
Qeyd edək ki, Bakıda yerləşən digər qəzalı binalarla bağlı da müvafiq qərarların mərhələli şəkildə veriləcəyi bildirilir.



Bakıda bu ünvanlarda yerləşən binalar söküləcək - SİYAHI
Köhnə binalar nə vaxt söküləcək?
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
Bakıda iki binanın sakinləri köçürüldü — SÖKÜLƏCƏK
Bu binada yaşayanların NƏZƏRİNƏ
Bakının bu rayonunda yaşayış binaları sökülür
Bakıda bu binalar söküləcək — ÜNVAN
Azərbaycanda bu BİNALAR SÖKÜLÜR - QƏRAR VERİLDİ
Eldar Əzizov Bakıda qəzalı binaların taleyi barədə açıqlama verib
Bakıda qəzalı binalarla bağlı mühüm addım - İŞLƏR BAŞLADI
Bakıda bu binalar söküləcək
Bakının bu qəsəbəsindəki binalar söküləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 