Baş Dövlət Yol Polisi idarəsi valideynlərə çağırış edib.
ONN media çağırışın mətnini təqdim edir:
“Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir. Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir. Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həm də məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə belə, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.
Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır, eyni zamanda, bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir.
Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq”



Maşınınızı azyaşlı övladlarınıza verməyin!
DİN bu şəxslərə müraciət etdi
DYP bu sürücülərə müraciət etdi
Dövlət yol polisi valideynlərə müraciət etdi
DİN "Son Zəng"lə bağlı müraciət etdi
DYP bu şəxslərə xəbərdarlıq etdi
Yol polisindən "Son zəng"lə bağlı xəbərdarlıq
Şəmkirdə sərxoş sürücülərlə bağlı tədbirlər görüldü
DYP bu şəxslərə müraciət etdi
FHN əhaliyə müraciət etdi
Yol polisi sürücülərə müraciət etdi
DYP hərəkət iştirakçılarına müraciət edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 