Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib.
FHN-in Mətbuat Xidmətindən ONN media-ya daxil olan müraciətdə deyilir:
"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə mütəmadi olaraq uşaqların mənzildə, liftdə və digər məkanlarda köməksiz, o cümlədən müxtəlif təhlükəli vəziyyətlərdə qalmaları (əllərinin ətçəkən maşında qalması, əzalarının barmaqlıqlar arasında ilişməsi və s.) barədə məlumatlar daxil olur. Bütün hallarda hadisə yerinə operativ yetişən xilasedicilər uşaqları xilas edərək onları ailə üzvlərinə təhvil verirlər.
Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir. Belə olduqda isə ətrafı hələ tam dərk etməyən, mümkün təhlükələrdən xəbərsiz olan uşaqların həyat və sağlamlığı üçün real təhlükə yaranır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan maarifləndirmə işlərinə, dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüf ki, yenə də uşaqların təhlükəsizliyinə biganə qalan valideynlərə rast gəlinir. Belə ki, yalnız ötən həftə ərzində Nazirliyin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalan 15 uşaq xilas edilib.
Qeyd olunanları və uşaqların nəzarətsiz qalmasının onların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaratdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynlərə müraciət edərək uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır".



FHN valideynlərə müraciət etdi
FHN bununla bağlı XƏBƏRDARLIQ YAYDI
FHN uşaqlarla bağlı əhaliyə müraciət etdi
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
Bakıda qadın meyiti tapıldı
FHN-dən əhaliyə VACİB MÜRACİƏT
Bakıda qadın meyiti tapıldı
Bakıda mənzildən meyit tapıldı
FHN əhaliyə müraciət etdi
Bakıda ŞOK: Evdən kişi meyiti tapıldı və...
Bakıda mənzildə 54 yaşlı kişi meyiti tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 