"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Bayer”in çalışdırıcısı Xabi Alonso ilə görüşüb.
ONN media xəbər verir ki, görüş “Bayer”in Bakıya səfərindən qısa müddət sonra komandanın qaldığı oteldə baş tutub.
Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. Q.Qurbanov “Bayer”in Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib. Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib.
Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspaniyalı mütəxəssis də “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb. Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub.
Görüşün sonunda Qurban Qurbanov Alonsoya xüsusi hazırlanmış əl işi olan ipək “Qarabağ” xalçası hədiyyə edib. Mütəxəssislər xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” matçı bu gün saat 21:45-də başlayacaq.



Qurban Qurbanovdan azyaşlılara jest
Qurban Qurbanov transfer olunacaq?
Oyunda son durum necədir?- YENİLƏNİB
Məşhur klub Qurbanovu istəyir?- ŞOK İDDİA
Yeni futbolçular transfer olunacaq- Qurbanov açıqladı
Qurbanov "Beşiktaş"a transfer oluna bilər?
Qurban Qurbanov dünyanın ən yaxşıları siyahısında
Üçüncü qol artıq oldu - Qurban Qurbanov
Emrelidən ETİRAF: "Onu heç kim qəlbimdən söküb çıxara bilməz"
Qurban Qurbanov dünyanın "ən yaxşıları" sırasında
Qurban Qurbanov mükafatlandırıldı
Qurban Qurbanovdan son oyunla bağlı açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 