Buraxdığımız üçüncü qol artıq oldu.
ONN media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
"Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Rəqib komandanın gücünü bilirdik. Baxmayaraq ki, oyuna pis hazırlaşmamışdıq. Hesabda geridə olmağımıza baxmayaraq, futbolçularım çəkinmədən mübarizə apardılar. Bu, mənim çox xoşuma gəldi. Buraxdığımız üçüncü qol artıq oldu. Lakin 3:0 qalib gəliblərsə, deməli, bunu haqq ediblər. "Dinamo"nu qələbə münasibəti ilə təbrik edirəm. Bu görüşün cavab oyunu var. Baxmayaraq ki, heyətdəki itkilərimiz davam edir. Bu hal bizə problem yarada bilər. İstənilən halda cavab matçına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik. İlk matçda buraxdığımız səhvləri cavab görüşündə düzəltməyə çalışacağıq", - Q.Qurbanov bildirib.
Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



Çox güc sərf etməliyik- QURBAN QURBANOV
Qurban Qurbanov məğlubiyyətdən danışdı
Qurbanov: ""Aberdin"lə oyuna tam hazırıq"
Qurban Qurbanov "Nant"la oyundan danışdı
Qurban Qurbanov: "Buna baxmayaraq oyuna hazırlaşmışıq"
“Qarabağ” bu gün Çempionlar Liqasına davam edə biləcək?
Qurban Qurbanovdan ilk açıqlama gəldi
Yeni futbolçular transfer olunacaq- Qurbanov açıqladı
Qurban Qurbanov: Buna çox əsəbləşdim
"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
Qurban Qurbanov: “Norveçdən uğurlu nəticə ilə dönmək istəyirik”
Qurban Qurbanov oğlunun oyunundan danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 