Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,50 manat aralığında təklif olunan birlitrlik zeytun yağları isə son günlərdə 17-18 manata təklif olunur.
Bəs qiymətin bu qədər artması nə ilə bağlıdır?
Mövzu ilə bağlı Bizim.media-nın suallarını cavablandıran iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əvvəllər Azərbaycanda istehsal edilən zeytun yağlarının yarımfabrikatları xaricdən idxal olunurdu:
“Artıq bir ildir ki, ölkəmizdə də bu yarımfabrikatların istehsalına start verilib. Ola bilsin ki, bahalaşma bununla əlaqədardır. Yəni yerli xammaldan əldə edilən məhsulun baha baş gəlməsi səbəbindən qiymət artımının baş verməsi mümkündür.
Onun sözlərinə görə, son vaxtlar ölkəyə idxal olunan zeytun yağlarının dəyərində də artımlar nəzərə çarpmaqdadır:
“Bahalaşma bütün dünyada baş verməkdədir ki, bu da özünü soyuq sıxılma ilə əldə olunan yağlarda göstərir. Marketlərdə satılan şəffaf yağlar isə rafinə edilib”.
Ekspert zeytun yığımının bir neçə ay əvvəl başa çatmasının qiymət artımının səbəblərindən biri olmadığını qeyd edib:
“Yığım ötən il oktyabrın axırı, noyabrın əvvəlində başa çatıb və bundan cəmi 3-4 ay keçib. Növbəti mövsümə isə hələ 8-9 ay vaxt qalıb. Bu baxımdan da xammalın tez tükəndiyini və zeytun yağının buna görə bahalaşdığını düşünmürəm. Xammal tükənsə belə, istehsalçılar bunu idxalla kompensasiya edə bilərlər



Yağ qiymətləri niyə sürətlə qalxır?
Qonşuda restoranlar 35% bahalaşdı
Kərə yağı bahalaşdı
Təmiz zeytun yağını necə tanıyaq?
Zeytun yağının yeni bir sağlamlıq faydası ortaya çıxıb
Xaricdən 5 manata gətirilən kolbasalar niyə marketlərdə 20 manatdan baha satılır?
"Zeytun yağı günəbaxandan heç də faydalı deyil" - Rus həkim
Əliyev Zirədə zeytun ağacı əkdi
Kartofun qiyməti kəskin bahalaşdı
Ən təhlükəsiz bitki yağları MƏLUM OLDU
ŞAD XƏBƏR- Ətin qiyməti ucuzlaşdı
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 