ABŞ kəşfiyyatının “İllik təhdidlərin qiymətləndirilməsi” hesabatında Azərbaycan və Ermənistan arasında yeni müharibənin ola biləcəyi proqnozlaşdırılır.
ONN media xəbər verir ki, hesabatda Bakı-İrəvan münasibətlərinin gərgin olaraq qalacağı qeyd olunur.
“Lakin hərbi qarşıdurmanın müddəti və intensivliyi məhdud olacaq. İkitərəfli sülh sazişi yoxdur, tərəflərin silahlı qüvvələri bir-birinə yaxındır və atəşkəs rejiminin həyata keçirilməsi mexanizmi mövcud deyil”, - hesabatda bildirilir.
ABŞ kəşfiyyatı Azərbaycanı mümkün hərbi qarşıdurmanın mənbəyi kimi göstərməyə çalışır. Qeyd olunur ki, Azərbaycan Ermənistanla danışıqlarda öz məqsədinə çatmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazırdır.
“Azərbaycanı Naxçıvana birləşdirən quru dəhliz tələbi də silahlı toqquşma riskini artırır”, - ABŞ kəşfiyyatı bildirir.
Hərbi risklərin mənbəyi kimi Azərbaycanın göstərilməsi Qərbdə Bakıya qarşı kampaniya xarakteri daşıyan yanlış mövqeyin davamıdır. Xüsusilə erməni lobbisi və Ermənistanı dəstəkləyən ölkələr məqsədyönlü şəkildə Azərbaycanın Ermənistana “hücum edəcəyi” rəyini yaratmağa çalışır.
Görünür, ABŞ kəşfiyyatı da ya bu yanlış rəyə istinad edir, ya da ümumi kampaniyanın aparılmasında iştirakçıdır. Əks təqdirdə, hesabatda Ermənistanın sürətlə silahlandığı və sülh danışıqlarından müxtəlif vasitələrlə yayındığı da qeyd olunardı.



Bakı ilə İrəvan arasında sülh sazişi yaxındır - Labib
Ermənistanla müharibə başlasa, İran bunları edəcək
İraqda 600 PKK-çı öldürüldü
Əsgərimizin yaralanmasına XİN-dən reaksiya
Azərbaycanın səsləndirdiyi təkliflər... – Mirzoyan
İran yaxın saatlarda hücum edəcək: Müharibə başlayır?
Erməni generalın qorxusu: Azərbaycan hücuma keçir
Ərdoğanın Ermənistandan tələbi nədir?
İranda terrorçularla qanlı toqquşma - ÖLƏN VAR
Pakistan növbəti dəfə Azərbaycanı dəstəklədi
Ermənilərin Qarabağda ŞOK TƏXRİBATI: Rus əsgərlərini öldürək, Azərbaycanı...
3 milyonluq türk ordusu Qarabağa girəcək – İrəvan QORXU İÇİNDƏ
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 