Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan Qarabağda yeni müharibənin başlanacağını istisna etmir və erməniləri arxayın etməyə çalışır ki, onun ordusu bu müharibəyə hazırdır.
Virtualaz.org xəbər verir ki, Movses Akopyan Ermənistan ictimai televiziyasına müsahibəsində bu haqda danışıb.
“Azərbaycan məsələni hərbi yolla həll edə biləcəyinə əmin olan kimi heç kimə fikir vermədən dərhal hücuma keçəcək”-o bildirib.
Movses Akopyan əmindir ki, Azərbaycanı hələlik hücumdan çəkindirən Ermənistan ordusunun hazırlığıdır. Hərçənd o, Azərbaycan ordusunun 2016-cı ilin aprelində Ermənistan ordusunun bu hazırlığını necə yoxladığı, illərdir möhkəmləndirilmiş müdafiə xəttini cəmi 40 dəqiqəyə yarıb keçdiyi barədə danışmayıb.
“Rəqib gözəl başa düşür ki, biz hazırıq. Və müharibənin başlanmasının qarantiyalarından biri bizim daimi döyüş hazırlığımızdır”-Akopyan lovğalanıb. Hansı ki, o regionda müharibənin yenidən başlanmasını əngəlləyən digər (özü də ən başlıca) amil-Rusiya amili barədə bəhs etməyib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Milli Kəşfiyyat Agentliyi 2018-ci il üçün qlobal risklərə dair hesabatında Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanmasının mümkünlüyü barədə xəbərdarlıq edib. Ötən gün isə Rusiyanın hərbi dairələrə yaxın analitik mərkəzi Ermənistanla Azərbaycan arasında müharibənin qaçılmaz olduğu barədə hesabat dərc etmişdi.



Erməni general ŞOK MƏLUMATLARI AÇDI
Nikol Xocalı qatilini vəzifəsindən azad etdi
Ermənistan naziri Azərbaycan sərhəddini keçib
Kərim Vəliyev: "Erməni xalqının qaçılmaz faciəsinə çevriləcək”
“Nəyə görə oğlunu Qarabağda xidmətə göndərmisən?...” - Azərbaycanlı jurnalist Paşinyanın arvadından soruşdu
Ermənilər Qarabağda hərbi təlimə başladılar
Daha iki erməni hərbçi yaralandı
Paşinyanın partlamayan “İsgəndər”lə bağlı açıqlamasına Ermənistan MN NƏ CAVAB VERDİ?
Paşinyan sabiq baş qərargah rəisini BİABIR ETDİ
Ermənistanda ŞOK İSTEFA
Bakı İrəvana bu hərbçiləri təhvil verdi - ADLAR
İrəvanda SOS: Sərhədçilərin sayı kəskin azalır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 