Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir.
ONN media xəbər verir ki, bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bayram günlərindəki şənliklər öz kütləviliyi ilə seçilib.
Bu gün Novruz bayramı paytaxtın Nizami, Xətai və Binəqədi rayonlarında yerləşən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib. Son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayramı yüksək sevinc hissi ilə qeyd edib və rəqs ediblər. Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, Novruzun əsas personajları olan kosa, keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Qeyd edək ki, Novruz ərəfəsində abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb



BŞİH-dən Novruz bayramı ilə bağlı icra başçılarına tapşırıq - SİYAHI
Bakı metrosunda bayramla bağlı YENİLİK
Nazirlik Novruz bayramı ilə bağlı əhaliyə müraciət etdi
İlham Əliyev və xanımı Novruz şənliyində
Bu tarixdə Bakıda Novruz şənliyi keçiriləcək
Azərbaycan Novruzu qeyd edir- TƏTİL BAŞLADI
Prezident Kosa və Keçəllə yumurta döyüşdürdü- VİDEO
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
Şuşada Novruz tonqalı qalandı
Əsgərlərimiz od çərşənbəsini belə qeyd etdi
Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib
Latviyada Novruz şənliyi keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 