"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar tədbirlər planı hazırlayıb. ONN media xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, 19-20 mart tarixlərində retro vaqonlar yenidən xəttə buraxılacaq: "Retro vaqonlardan ibarət qatar tərkibi bayram günlərində xəttə buraxılacaq. Həmin qatar tərkibi SSRİ metropoliteninin "A" tipli vaqonu, 1956-cı ildə istehsal olunan "B" tipli və 1970-ci illərdə istehsal olunan "E-J" tipli vaqonlardan ibarət olacaq". B.Məmmədovun sözlərinə görə, bu bayramda metroda sərnişinləri daha əyləncəli proqram gözləyir: "Bu vaxta qədər Novruz bayramı ərəfəsində metro stansiyalarında yalnız konsert proqramları olurdu. Bu il isə konsert proqramları ilə yanaşı, bayram günlərində metroda elektron musiqi də səsləndiriləcək. İlk dəfə olaraq metroda keçəl və kosa da olacaq. Bu rolları peşəkar aktyorlar ifa edəcəklər. Kosa və keçəl azyaşlılara bayram hədiyyələri paylayacaq. Bayram tədbiri martın 19-da, saat 14:00-da "İçəri Şəhər" stansiyasında başlayacaq”.
Bakı metrosunda bayramla bağlı YENİLİK



Metroda Yeni il gecəsi iş vaxtı uzadılacaq – RƏSMİ
Metroda Novruz şənliyi keçirildi
Rusiyadan alınan daha 2 metro qatarı Bakıya gətirildi
Metroda konsert olacaq
Bakı metrosunda konsert olacaq
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir
Rusiyadan alınan metro qatarı Bakıda
Səhər saatlarında metroda HƏYƏCANLI ANLAR - Qatarlar boşaldıldı
Bakıda Novruz şənlikləri keçirilir
Rusiyadan Bakıya 20 vaqon gətiriləcək - BU İL...
Metro istifadəçilərinə şad xəbər
Metroda gecikmə olub- SƏBƏB NƏDİR?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 