ABŞ-ın Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında "Dünyanın ən təhlükəsiz ölkələri hansılardır?" sərlövhəli məqalə dərc edilib.
ONN media xəbər verir ki, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə Qlobal Terrorizm İndeksinə (QTİ) görə Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi 141 ölkə arasında 18-ci yerdə qərarlaşıb. Bildirilib ki, QTİ dünya əhalisinin 99,7 faizinin məruz qaldığı terrorun təsirini təhlil edən hərtərəfli araşdırmadır. Burada terror hadisələrinin və ölüm hallarının sayı, terrorla mübarizə, terrorla bağlı aparılan araşdırmaların effektivliyi və bir çox digər göstəricilər nəzərə alınır.
Məqalədə, həmçinin Azərbaycanın, eyni zamanda, cinayətkarlığın yayılma miqyasına görə dünyanın ən təhlükəsiz 20 ölkəsi siyahısına daxil edildiyi faktı diqqətə çatdırılıb. Qeyd olunub ki, sözügedən siyahı ölkələr və şəhərlər üzrə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbea” resursu tərəfindən tərtib edilib. Belə ki, sorğuda sakinlərdən gecə saatlarında şəhərdə tək gəzə bilib-bilmədikləri, polisin işindən razı olub-olmadıqları, son 12 ayda hücuma və ya soyğuna məruz qalıb-qalmadıqları soruşulub.
Müəllif Azərbaycanı sinaqoqların qapılarının gün ərzində açıq qaldığı nadir ölkələrdən biri kimi xarakterizə edərək Ermənistanla münaqişəli vəziyyətə rəğmən Bakının mərkəzində erməni kilsəsinin mühafizə olunduğuna diqqət çəkib və Prezident İlham Əliyevin “Bu gün Azərbaycan təhlükəsizlk adasıdır” ifadəsinin gerçəklik olduğunu vurğulayıb.



Pandemiyada ən təhlükəsiz ölkələr açıqlandı
Dünyanın ən təmiz ölkələri hansılardır?
Dünyanın ən çox içən ölkələri – SİYAHI
Azərbaycan “Ən yaxşı ölkələri”n siyahısında neçənci yerdədir?
Bakıda keçiriləcək forum Mərakeş mediasında
Dünyanın 50 ən təhlükəsiz şəhəri - Siyahıda Bakı hansı yerdədir?
BDU dünyanın ən yaxşı universitetləri siyahısında
Dünyanın ən çox qazanan aktyorları kimlərdir? - SİYAHI
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı
Prezident hansı qurumların işindən razıdır? - Siyahı
Dünyanın ən çirkli şəhəri bəlli oldu
Dünyanın ən güclü futbol klubları hansılardır?- SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 