2017-ci ildə Azərbaycan gözəli seçilən, tanınmış model Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin növbəti məhkəmə prosesi baş tutub.
ONN media-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindiriliblər.
İş üzrə şahid qismində ifadə verən Urfan Məcidli, Nizam Vəliyev, Elçin Bədəlov və Rövşən Əkbərov bildiriblər ki, Raziyyat Əliyevanın özünə məxsus olduğu iddia etdiyi avtomobilin texniki pasportunda Razinin deyil, məhz Ziya Hüseynzadənin adının qeyd olunduğunu görüblər.
Şahid Yafət Həsənov isə təkcə avtomobilin evakuatorla götürülməsinin şahidi olduğunu bildirib. Onun sözlərinə görə, Ziya Hüseynzadənin zərərçəkmiş şəxsin anası olan Xadijat Əliyevanı evinə qalxdığını, orada olan qapısını sındırdığını və təhqiramiz ifadələr işlətdiyini görməyib:
“İstintaq dövründə verdiyim ifadə mənə aid deyil, o izahatı təzyiq altında imzalamışam”.
Zərərçəkmiş şəxsin anası Xadijat Əliyeva isə şahidin ifadəsinə narazılıq edib.
Şahid isə “Nə qədər ki ruhum üstümdədi, dedikləriniz heç vaxt olmayıb və yalandır!” deyib.
Zərərçəkmiş şəxsin anasının sözlərinə görə, təqsirləndirilən şəxs Ziya Hüseynzadədən heç vaxt pul almayıb. Lakin təqsirləndirilən şəxsin vəkilləri tərəfindən təqdim edilən maddi sübutlar bunun da yalan olduğunu üzə çıxarıb.
Daha sonra məhkəmə iclasında şahid qismində zərərçəkmiş şəxsin yaxın rəfiqələri Kamila Süleymanova və Aytən Muxtarova da ifadə veriblər. Onlar ümumiyyətlə Raziyyat Əliyevanın Ziya Hüseynzadə tərəfindən döyüldüyünü görmədiklərini, ancaq döyülməsi barədə məlumatları Razi Əliyevanın özündən eşitdiklərini bildiriblər.
Təqsirləndirilən şəxs Ziya Hüseynzadə bildirib ki, Razinin ən yaxın rəfiqəsi olan Kamila Süleymanova ilə daha yaxın münasibətləri olub və bir müddət Gürcüstanda onunla birlikdə yaşayıb.
Hakim zərərçəkmiş şəxs Razi Əliyevanın prosesə gəlməməsi ilə bağlı onun anası Xadijat Əliyevaya xəbərdarlıq edib. Bildirib ki, bu hal növbəti dəfə təkrarlansa, zərərçəkmiş barəsində polis nəzarəti altında məcburi gətirilmə barədə qərar qəbul edəcək.



Eldar Həsənovun qudası məhkəmədə ifadə verdi
Model Razini döyən şəxs həbs edildi
Eldar Həsənov prokurorun suallarını cavablandırdı
Nərminin qətli: Daha bir ziddiyyətli ifadə...
Nazim İbrahimov və Orucəli Hacıyev Rövşən Əkbərova qarşı ifadə verdi - YENİLƏNİB
Sabiq nazir məhkəmədə dindiriləcək
Ata Abdullayevə 9 il həbs cəzası istənildi
Rövşən Əkbərov Nazim İbrahimova Elçini öldürdüyünü etiraf edib
3 milyon 3 ayın içində yox oldu – Hacıyevin məhkəməsi...
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
Meyxanaçı Rəşaddan ŞOK AÇIQLAMA
Vilyam Hacıyevin məhkəməsində şahid dindirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 