Aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Bu barədə ONN media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Aylıq yağıntının miqdarının isə əsasən iqlim normasına yaxın, lakin bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur.
Ayın ilk günlərində əksər rayonlarda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı istisna edilmir. Mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir.
Naxçıvan MR-də havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 5-10 dərəcə isti, bəzi yerlərdə 14 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın, lakın bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
Qarabağ və Daşkəsən-Gədəbəy bölgələrində havanın orta aylıq temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr havanın temperaturunun 5-10 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir.
Şərqi Zəngəzur bölgəsində havanın orta aylıq temperaturunun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, dağlarda bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə hətta 19-24 dərəcə isti, dağlarda 12-17 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir.
Qazax-Gəncə bölgəsində havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Balakən-Şəki, Quba-Qusar və Dağlıq Şirvan bölgələrində havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 6-11 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi Aran bölgəsində havanın orta aylıq temperaturunun 12-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun gecə 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Lənkəran-Astara bölgəsində havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 7-12 dərəcə isti, dağlarda bəzi günlərdə 0-4 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir



Martda hava necə olacaq?
May ayında hava necə olacaq?
Martda hava necə olacaq?
Sentyabrda hava necə olacaq?
Sentyabrda rayonlarda hava necə olacaq?
Avqust ayının hava PROQNOZU açıqlandı
Sentyabrda hava necə olacaq?
Oktyabrda hava necə olacaq?
Fevralda hava necə olacaq?
Yanvarın havası: Bakıda 2 dərəcə şaxta olacaq
Oktyabrın HAVA PROQNOZU: yağışlı, şaxtalı günlər gəlir
Oktyabr ayının hava PROQNOZU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 