Mart ayının ilk günlərində hava şəraitinin mülayim keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, birinci ongünlüyün ortalarında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi ehtimalı var. Mart ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 5-10 dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir. (norma 20-27 mm)
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 5-10 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-44 mm).
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 42-52 mm) .
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 17-22 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-48 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 3-8 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 17-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir (norma 23-90 mm).
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun gecə 5-10 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir (norma 24-45 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 16-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 56-112 mm).



Apreldə hava necə olacaq?
May ayında hava necə olacaq?
Martda hava necə olacaq?
Sentyabrda hava necə olacaq?
May ayında hava necə olacaq?
İyul ayında 43 dərəcə isti olacaq
Fevralda hava necə olacaq?
Oktyabrda hava necə olacaq?
Fevralda hava necə olacaq?
Oktyabr ayının hava PROQNOZU
İyun ayının havası: 40 dərəcə isti...
Sentyabrda hava necə olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 