Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Ermənistan-AB-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq.
ONN media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın iştirakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq.
"Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi və 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri vasitəsilə bütün əraziləri üzərində suverenliyini bərpa etməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb. Tarixi fürsətin uğurlu nəticəyə bu qədər yaxın olduğu bir vaxtda üçüncü tərəflərin, xüsusən də regiondan kənardan olan aktorların prosesə ədalətli və qərəzsiz yanaşması və ona hər hansı zərər vurmaqdan çəkinməsi daha vacibdir. Bu kontekstdə aprelin 5-də Ermənistan, AB və ABŞ arasında keçiriləcək üçtərəfli görüşün regionun mürəkkəb problemlərinin həlli üçün əsas olmalı olan neytral yanaşmaya zərbə vuracağını açıq şəkildə vurğulamaq bizim borcumuzdur", - məlumatda qeyd edilib.
Türkiyə XİN təkrar üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb:
"Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək



İrandan Bakı və İrəvanla bağlı ŞOK AÇIQLAMA
Ərdoğandan düşmənə "göz dağı"
Ərdoğandan Azərbaycan AÇIQLAMASI: "Mühüm fürsət yaranıb"
Türkiyədən İsrailə mesaj
Türkiyə XİN-dən Laçınla bağlı açıqlama
Prezident Astanada antiterror tədbirlərindən danışdı
Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir - Akar
Prezident: "Azərbaycan regionda sülhə sadiqdir"
İlham Əliyev və Paşinyan görüşü ilə bağlı bəyanat
Türkiyədən Ermənistana ŞƏRT - Azərbaycanın işğal olunmuş əraziləri...
Türkiyədən Ermənistana Qarabağ XƏBƏRDARLIĞI
Dünya azərbaycanlıları bəyanat yaydı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 