Dünya səyahətçisi ispaniyalı Rafael de Mestre elektromobili ilə Azərbaycana gəlir.
ONN media xəbər verir ki, martda marşrutunun ABŞ, Kanada və Çindən keçən hissələrini geridə qoyan səyahətçi Qazaxıstana çatıb və buradakı səfərini başa vurub. Qeyd edək ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və Bakı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Bu hadisələr çərçivəsində dünya üzrə elektrik avtomobillər ambassadoru Rafael de Mestrenin Azərbaycana gəlişi simvolik məna daşıyır. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası təşkil etdiyi mətbuat konfransında Rafael de Mestre öz layihəsini təqdim edəcək və jurnalistlərin suallarını cavablandıracaq. Xatırladaq ki, ispaniyalı Rafael de Mestre’nin dünya miqyasında bir ekoloju tanıtım turu olan "80 E-Gün" layihəsi 2012-ci ildə elektrik avtomobili ilə dünya səyahətinə çıxdığı zamandan başlayıb. 2016-cı ildə 80 günlük səyahət layihəsinin “Elduro” adlanan ikinci hissəsi baş tutub. Bu il yenilənmiş bir marşrutla layihə davam etdirilir. Rafael de Mestre müxtəlif ölkələrə səyahətinin məqsədi yerli təşkilatlar, jurnalistlər və elektromobil həvəskarları ilə qarşılıqlı əlaqə qurmaq, ekoloji nəqliyyat haqqında bilik mübadiləsi aparmaq və şarj infrastrukturunun inkişafını təşviq etməkdir.



ABŞ səfirliyi Azərbaycanla bağlı çağırış etdi
Con Kerri Azərbaycana səfərə gəlib
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi
Rafael Ağayevə AĞIR İTKİ
İcra başçısı Rafael Ağayevlə görüşdü
Rafael Ağayev karyerasını nə zaman bitirəcək? - ÖZÜ AÇIQLADI
Rafael Ağayevə millimizdə yeni vəzifə verildi
Rafael Ağayev qrupdakı son görüşündə uduzdu
Ərdoğan Bakıya səfərə gələcək
Dünya çempionumuz evləndi - FOTO
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 