Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq.
ONN media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, kanal bundan sonra Şirvan suvarma kanalı adlandırılacaq.
Prezident Dövlət Su Ehtiyatları Agentliyinə Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini tapşırıb.
Qeyd edək ki, ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb.



Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq
Prezidentdən sevindirici xəbər
İlham Əliyev sərəncam imzaladı
Prezidentdən 736 min nəfərə ŞAD XƏBƏR - 21 milyon manat ayırıldı
Əkin sahələrinin suvarma suyu ilə təminatına 21 milyon manat ayrıldı
Azərbaycanda bu gölün bərpasına başlanılır
Xocavənddə subartezian quyusu qazılacaq
İlham Əliyev sərəncam imzaladı
Prezidentdən Naxçıvanla bağlı MÜHÜM SƏRƏNCAM
Prezident bu rayonlara pul ayırdı - SƏRƏNCAM
Prezidentdən Naxçıvanla bağlı MÜHÜM SƏRƏNCAM
İlham Əliyev sərəncam imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 