Bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, Hacıqabul gölünün bərpası prosesinə başlanılacaq. ONN media xəbər verir ki, bu məlumatı Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov dekabrın 20-də keçirdiyi mətbuat konfransında deyib. Mirsalam Qənbərov bildirib ki, Dövlət Ekspertiza İdarəsinə rəy alınması üçün müraciət olunan dövlət əhəmiyyətli ən iri layihələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim olunan “Yuxarı Şirvan kanalının yenidən qurulması” layihəsidir. “Bu layihənin icrası nəticəsində Şirvan, Muğan zonasının əkin sahələri suvarma suyu ilə tam təchiz ediləcək, bölgədə kənd təsərrüfatının daha da inkişafına nail olunacaq. Digər tərəfdən, indiyədək mövcud olan köhnə kanal ləğv ediləcək. Betonlaşdırılmamış köhnə Şirvan kanalında sızmalar nəticəsində daimi su itkisi baş verirdi və ətraf torpaqların şoranlaşması prosesi gedirdi. Bizim tərəfimizdən də aparılan araşdırmalar göstərir ki, bu layihənin iqtisadi, sosial əhəmiyyəti ilə yanaşı, həm də böyük ekoloji əhəmiyyəti olacaq. Su itkisinin, ətraf bölgələrdə torpaqların şoranlaşmasının qarşısı alınacaq və ən əsası, bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, Hacıqabul gölünün bərpası prosesinə başlanılacaq. Yeni çəkiləcək Yuxarı Şirvan kanalından ekoloqların, ETSN-in tövsiyəsi ilə Hacıqabul gölünə ayrıca qol çəkiləcək. Bu layihəyə də rəy verilməsi üçün yaxın vaxtlarda ictimai dinləmələr keçiriləcək, məsləhətləşmələr aparılacaq. Çünki birinci mərhələdə 4,7 kilometr ərazidə qazıntı-tikinti işləri gedəcək və ətraf mühitə müəyyən təsirlər göstəriləcək. Amma göründüyü kimi yəqin ki, dinləmələrdə də layihənin daha böyük əhəmiyyəti nəzərə alınacaq”.
Azərbaycanda bu gölün bərpasına başlanılır



Prezidentdən sevindirici xəbər
Prezidentdən Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam
Şirvan xəstəxanasında insident - RƏSMİ AÇIQLAMA
Acınohur gölü quruyur - RƏSMİ
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq
Bakıda bu ərazilərdə ağaclar niyə çıxarıldı?- Siyahı
Bakıda yaşıllığı məhv edən xəstəlik yayılır - ŞOK
Əli Əsədov qərar imzaladı
Əli Əsədov qərar imzaladı
Kürdəmirdə körpü uçdu
Bakının bu küçələri genişləndiriləcək
Prezidentdən 736 min nəfərə ŞAD XƏBƏR - 21 milyon manat ayırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 