Avropa Birliyinin (AB) Siyasi və Təhlükəsizlik Komitəsinin 27 ölkəni təmsil edən nümayəndələrinin işğaldan azad edilən ərazilərə səfərləri başlayıb.
ONN media xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanına düşən qonaqları Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
Aeroportun foyesində qonaqlara Qarabağın tarixini əks etdirən fotosərgi təqdim edilib, Qarabağın işğaldan əvvəlki vaxtları və sonrakı inkişaf perspektivləri barədə geniş məlumatlar verilib.
Səfər çərçivəsində qonaqlar işğaldan azad edilən Füzuli şəhərini ziyarət edib, şəhərin xarabalığa çevrilən qalıqlarını seyr ediblər.
E.Hüseynov onlara işğaldan sonra ermənilərin Füzuli şəhərini dağıtdıqları və bütün infrastrukturu məhv etməklərinin bariz nümunəsi olan mənzərə barədə geniş məlumat verib. Azad edildikdən sonra Füzuli şəhərində Azərbaycan dövlətinin şəhərdə apardığı quruculuq, abadlıq işləri və məcburi köçkünlərin öz ata-baba yurdlarına mərhələli şəkildə köçürülməsi haqqında da məlumat verilib
Xatırladaq ki, Avropa Birliyinin səfirlər səviyyəsində, Siyasi və Təhlükəsizlik Komitəsinin, həmçinin Avropa institutlarının nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri 11-12 aprel tarixlərində başlayıb. 27 üzv ölkənin təmsilçiləri həftənin əvvəlində Ermənistana, ardınca Gürcüstana, daha sonra isə Azərbaycana səfər ediblər. Səfərin məqsədi Cənubi Qafqaz ölkələri ilə AB arasında əməkdaşlığı, eyni zamanda regiondakı inkişafları müzakirə etməkdir. Nümayəndələr işğaldan azad edilən ərazilərə səfərləri zamanı Ağdam şəhərində də olacaqlar.



Çinin çəkiliş qrupu Qarabağda
Füzuli hava limanının tikintisi davam edir və...
ŞAD XƏBƏR: Füzuli işğaldan azad edildi
“Əl-Cəzirə” Füzulidən süjet yayımladı
Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi
İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə çəkilmiş FOTOLAR PAYLAŞDI
“Füzuli” yarımstansiyası istifadəyə verildi
Füzuli şəhərinin işğaldan azad olunmasının ildönümüdür
İşğaldan azad olunmuş ərazilərdəki əhalinin sayı AÇIQLANDI
Növbəti köç karvanı Füzuliyə çatdı
Daha 30 ailə Füzuliyə yola salındı
70 diplomat, 30 səfir Füzuliyə getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 