Noyabrın 18-də xarici jurnalistlər işğaldan azad olunmuş Füzuli şəhərinə səfər zamanı orada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Media nümayəndələri arasında “Əl-Cəzirə” kanalının müxbiri də olub. ONN media xəbər verir ki, kanal Füzuli şəhərindən süjet yayımlayıb. Süjetdə bildirilir ki, demək olar bütün Füzuli şəhəri dağıntılar içindədir. Azərbaycan hökuməti dəymiş ziyanı qiymətləndirmək üçün xarici ekspertləri dəvət edəcəyini və törətdiyi müharibə cinayətlərinə, vandalizm aktlarına görə Ermənistanı beynəlxalq məhkəməyə verəcəyini bildirib. Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibə də yer alıb. Prezidentin köməkçisi bildirib ki, bu dağıntılar Ermənistanın Füzuli şəhərini vandalizmə məruz qoymasının nəticəsidir. Füzuli işğaldan əvvəl Azərbaycanın ən gözəl şəhərlərindən biri idi. Azərbaycan artıq şəhərsalma işlərinə başlayıb. Daha sonra biz Füzuliyə və işğaldan azad olunmuş digər ərazilərə məcburi köçkünləri qaytaracağıq. Beynəlxalq ictimaiyyət bununla da Ermənistanla Azərbaycan arasındakı fərqi görəcək. Hamı Ermənistanın dağıdıcı fəaliyyətinin və Azərbaycanın quruculuq işlərinin bir daha şahidi olacaq. Təbii ki, Ermənistan vandalizm və insanlığa qarşı müharibə cinayəti əməllərinə görə məsuliyyət daşımalıdır. Biz beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərdə heç bir infrastrukturun qalmadığını, hətta bir binanın belə olmadığını bildirib. O, bütün bu ərazilərin ermənilər tərəfindən minalandığını diqqətə çatdırıb.
“Əl-Cəzirə” Füzulidən süjet yayımladı



Diplomatların Füzuliyə səfəri başladı
Diplomatlar Füzuli rayonunun Merdinli kəndində
Xarici diplomatlar Füzuli və Şuşaya gedir
Füzuli xoşbəxtlik şəhəri olacaq
Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib - Prezidentin köməkçisi
Şuşada ilk cümə namazını qıldıq – Səfir
Prezidentin köməkçisi: "Ermənistan enerji infrastrukturlarını da hədəfə alır"
Prezidentin təyyarəsi birbaşa Berlinə uçdu
Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb
Çinin çəkiliş qrupu Qarabağda
Füzuli hava limanının tikintisi davam edir və...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 