2018-ci ilin yekunlarına əsasən Azərbaycanda tütün istehsalı təxminən 20 faiz artıb. ONN media xəbər verir ki, bunu Trend-ə Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Telman Həsrətov deyib. Onun sözlərinə görə, istehsalın analoji artım həcmi bu il də gözlənilir: "Bu il qurutma kameralarının sayını artırmaq planlaşdırılır. Bu gün parniklərin hazırlanması üzrə işlər aparılır, yüksək keyfiyyətli tütün sortları seçilir. Yerli tütün məhsulunun keyfiyyətini və rəqabətqabiliyyətliliyini artırmaq üçün bir sıra yeni tütün növünün idxalı nəzərdə tutulur. Ölkədə istehsal olunan hazır tütün məhsulu hələ ki, daxili tələbatı tam ödəmir". Qeyd edək ki, hazırda ölkədə daha çox Balakən, Şəki, İsmayıllı, Qəbələ, Lerik və Masallıda tütün istehsal olunur. Rəsmi statistikaya əsasən, 2017-ci ildə Azərbaycanda 5213,2 ton tütün istehsal edilib.
Azərbaycanda tütün istehsalı artıb



Siqaret bahalaşacaq?- AÇIQLAMA
Azərbaycanda bu məhsullar bahalaşacaq
Qida məhsullarının istehsalı artıb
Dünyada siqaret bahalaşır, Azərbaycanda da gözlənilir - AÇIQLAMA
Bakıda hansı məhsulların istehsalı artdı?
Azərbaycanda siqaret bahalaşdı
Tütün və alkaqollu içkilər satanlar cərimələndi
DİQQƏT- Yeni cərimə tətbiq olunacaq
Azərbaycanda mebel, geyim, içki istehsalında artım var
İlham Əliyev sərəncam imzaladı
Paytaxda pendir, kolbasa istehsalı azalıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 