Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
ONN mediaxəbər verir ki, ƏrdoğanYaxın Şərqdəki böhranla bağlı mühüm ifadələr işlədib. Qəzzada baş verən soyqırımına və İran-İsrail arasında yaşanan gərginliyə də toxunub.
“13 aprel gecəsi ürəyimizi ağzımıza gətirən gərginliyə görə ilk növbədə Netanyahu və onun qaniçən rəhbərliyi məsuliyyət daşıyır”, - Ərdoğan deyib.
Prezident Ərdoğanın açıqlamaları dünya manşetlərində ilk sırada yer alıb.
Beynəlxalq xəbər agentliyi “Reuters” Ərdoğanın açıqlamalarına geniş toxunub.
"Problemin mənbəyi düzgün müəyyən edilməlidir. Yalnız aprelin 13-nə keçən gecəyə baxaraq qiymətləndirmə aparmaq ədalətli olmaz. Oktyabrın 7-dən İsrail hökuməti yanğını bölgəyə yaymaq üçün təxribatçı addımlar atır” ifadələrinə yer verən agentlik Ərdoğanın Netanyahunu qınamasına da toxunub.
İsrail mediası da Ərdoğanın açıqlamasına səssiz qala bilməyib. “Times of Israel”, “13 aprel gecəsi ürəyimizi ağzımıza gətirən gərginliyə görə ilk növbədə Netanyahu və onun qaniçən administrasiyası məsuliyyət daşıyır" ifadəsini manşetə daşıyıb. Prezident Ərdoğanın açıqlaması Yunanıstan mətbuatında da böyük əks-səda yaradıb.
“Ethnos” qəzeti Ərdoğanın bölgədəki rolunu vurğulayarkən Türkiyənin roluna bir daha diqqət çəkib. Yunanıstan qəzeti “Ərdoğan İran və İsrail arasında balanslaşdırıcı rol oynayır” başlığını işlədib.



Ərdoğan qələbəsini indidən elan etdi - "Müjdəni verirəm"
KRİTİK GƏLİŞMƏ: İsrail prezidenti Ərdoğana ZƏNG ETDİ
Türkiyədə hökumət dəyişikliyi ediləcək? - Ərdoğan siqnalı verdi
Ərdoğanın oğlu Bakıya gəldi
Ərdoğanın Putinlə 6 saat 20 dəqiqəlik görüşü TARİXƏ DÜŞDÜ
Ərdoğan İsrail prezidenti ilə regionu müzakirə etdi
Ərdoğanın oğlu Bakıya gəldi
Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə nahar verildi
Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
Ərdoğanın səhhətində problem yarandı
Nazirlər toplaşır - Ərdoğan bu gün xalqa müraciət edəcək
Ərdoğan bütün nazirləri dəyişir - KİV
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 