İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur ki, yumurtanın qiyməti orta hesabla 45-50 faiz azalıb.
Bəs bu ucuzlaşmanın səbəbi nədir?
Suala aydınlıq gətirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Bizim.media-ya bildirib ki, yumurtanın qiymətinin aşağı düşməsinin bir neçə səbəbi var:
“Əvvəla, Novruz bayramından sonra bazarda yumurtaya tələbat xeyli azalır. Bundan əlavə, yaz aylarında kənd toyuqlarının daha çox yumurta verməsi fabrikdə istehsal olunan yumurtaya tələbatı bir qədər azaldır. Nəzərə alaq ki, təkcə fabrik yox, həm də “kənd yumurtası” da xeyli ucuzlaşıb.
Digər bir səbəb istehlakın azalmasıdır.
Əhali yaz aylarında yumurtadan daha az istifadə edir. Ucuzlaşmanın ən əsas səbəbi təklifin tələbi üstələməsidir. Hazırda toyuqçuluq fabrikləri bazara daha çox yumurta çıxarırlar. Hazırda ölkənin gündəlik yumurta tələbatı 3 milyon 200 min ədəddir. Amma ölkə üzrə gündəlik 5 milyon ədəd yumurta istehsal olunur. Yaranmış bolluq gündəlik satış qiymətinə də öz təsirini göstərir. Məhz sadaladığımız səbəblərə görə yumurtanın qiyməti xeyli aşağı düşüb”



Yumurtanın qiyməti xeyli UCUZLAŞDI
Yumurtanın qiyməti bahalaşıb?- RƏSMİ AÇIQLAMA
Yumurtanın qiyməti bahalaşacaq?
Azərbaycanda yumurta bahalaşacaq?
Ölkədə yumurtanın qiyməti bahalaşdı
Azərbaycanda yumurta bahalaşdı
Azərbaycanda yumurtanın qiyməti bahalaşdı
Yumurtanın qiyməti QALXDI
Ölkəmizdə yumurta bahalaşacaq?
Yumurtanın qiymətini artırmayın! - Rəsmi xəbərdarlıq
Yumurta və toyuq əti kəskin bahalaşıb - SƏBƏB?
Gündə neçə yumurta yemək olar?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 