Azərbaycandan Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Artıq bu razılıq əsasında ötən gün 720 min ədəd yumurta Rusiyaya göndərilib. Rusiyaya yumurta ixrac edilməsi Azərbaycanda bu məhsulun qiymətinin artmasına səbəb ola bilərmi?
İqtisadçı ekspert Rəcəb Orucov bildirib ki, Rusiyaya yumurta ixrac edilməsi daxili istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq.
“İstehsal olunan məhsulların ixracının artması ölkədə prioritet istiqamətlərdən sayılır. Azərbaycanda yumurta istehsalını artırmaq üçün kifayət qədər potensial var. Ona görə də deyə bilərik ki, bu ixrac daxili istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq”, - o vurğulayıb.
Ekspertin sözlərinə görə, daxili istehlak bazarında yarana biləcək problemlər yerli istehsalın artırılması hesabına kompensasiya oluna bilər.
Kənd Təsərrüfatı Nazirliyindən də bildirilib ki, Rusiyaya ixracın ölkəmizdə yumurtanın qiymətinə hər hansı təsir edəcəyi gözlənilmir:
“Çünki Azərbaycanda yumurta istehsalı artıb. 2023-cü ilin 10 ayının yekunlarına görə, yumurta istehsalı 2,3% artaraq 31,74 milyard ədəd təşkil edib. 2024-cü ildə isə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır”.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiyası İctimai Birliyinin sədri Mürvət Həsənli deyib ki, bu ilin sonuna qədər Rusiyaya 3 milyon 600 min ədəd yumurta ixrac ediləcək



Azərbaycanda yumurta bahalaşacaq?
Azərbaycanda yumurta istehsalının artımına nə mane olur?
Ölkədə yumurta istehsalı artırılacaq
Rusiyada yumurta qıtlığı baş verib
Azərbaycanda yumurta niyə ucuzlaşdı?
Yumurtanın qiymətini artırmayın! - Rəsmi xəbərdarlıq
Yumurtanın qiyməti bahalaşacaq?
Azərbaycanda toyuq əti bahalaşdı
Azərbaycanda qiymət artımı qaçılmazdır - DEPUTATDAN AÇIQLAMA
Yumurtanın düzgün saxlanılma qaydası
Azərbaycanda yumurta istehsalı azalıb
Süd məhsullarının qiyməti niyə bahalaşıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 