Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən tədbirdə iştirak edib.
ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini qeyd edib. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu əsas vəzifələrdən danışıb.
Hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətini müsbət qiymətləndirən nazir şəxsi heyəti təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən hərbi obyektə baxış keçirib.
Məruzə edilib ki, müasir standartlara uyğun yeni inşa edilmiş hərbi obyektdə xidmətin təşkili və hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait mövcuddur.
Qarovul evində yaradılan şəraitlə də tanış olduqdan sonra general-polkovnik Z.Həsənov hərbi avtomobillərə baxış keçirib, nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
Müdafiə naziri qoşun, qarnizon qarovul, patrul və azad edilmiş ərazilərdə komendant xidmətinin keyfiyyətli təşkilinə dair göstərişlər verib, digər zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində ağaclar əkilib



Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb
Zakir Həsənov azad olunmuş ərazilərimizdə - FOTOLAR
Zakir Həsənov cəbhə xəttində- VİDEO
Kərim Vəliyev Kəlbəcərə getdi
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində
Zakir Həsənov Qarabağda hərbçilərlə görüşdü
Bu hərbiçilərə ali rütbələr verildi
Prezidentin köməkçisi və Müdafiə Naziri hərbi hissədə
Zakir Həsənov hospitalda
Zakir Həsənov Kəlbəcər və Laçına getdi
Zakir Həsənov müşavirə keçirdi
Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 