Artıq vətəndaşlar xidmətindən narazı qaldıqları karqo şirkətlərindən tənzimləyici quruma şikayət edə biləcəklər.
ONN media İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı “E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlanıb.
İstifadəçilər bunun üçün müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.
Hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.
Həmçinin adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsi operatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkan yaradılıb.
Belə ki, lisenziyalı poçt rabitəsi operatorlarının sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan linkə keçid edərək şirkətin rəsmi səhifəsinə daxil ola biləcək.



“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
İki günlük qadağa ilə bağlı telefon və internetdə problem olacaq? - AÇIQLAMA
Ali məktəblərə ərizə qəbulu uzadıldı
"YAŞAT"maq üçün SMS nömrəsi: 8110
Azərbaycanda işıq pulu ilə bağlı mühüm xəbər
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
Konstitusiya Məhkəməsinin onlayn iş rejimi belə olacaq
Bu axşam Bakıda İNTERNET OLMAYACAQ
Mobil telefonların qeydiyyatı ilə bağlı yeni mexanizm
Azərbaycanda İNANILMAZ YENİLİK: 22 noyabrdan başlayır
“Azərpoçt” yeni mobil tətbiq istifadəyə verdi
Yazışmalarınız ələ keçirilə bilər - Vətəndaşlara xəbərdarlıq
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 