İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin restrukturizasiyası ilə bağlı məsələlər ölkə prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş " İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"i ilə tənzimlənir. ONN media xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Fondun qaydalarına əsasən intizamlı borcalanlar müvəqqəti maliyyə çətinlikləri ilə üzləşdikləri (gəlirin azalması və ya itirilməsi, xəstəlik, bədbəxt hadisə, özünün və ya himayəsində olan şəxslərin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin artması və s.) hallarda kreditin restrukturizasiyası üçün müraciət edə bilərlər. "Məlum olduğu kimi, Fond tərəfindən ipoteka kreditləri gəlirləri rəsmi qaydada təsdiq olunan ödəniş qabiliyyətli borcalanlara verilir və hazırda bunun sayəsində yüksək keyfiyyətli ipoteka kreditləri portfeli formalaşıb. Nəticədə, restrukturizasiya mexanizminin tətbiq olunduğu son 4 il ərzində borcalanların müraciəti əsasında cəmi 37 kredit üzrə restrukturizasiya tədbirləri həyata keçirilib. Hazırda koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin qarşısının alınması məqsədilə dövlət tərəfindən məqsədyönlü kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində ölkədə iş yerlərinin və fiziki şəxslərin gəlirlərinin qorunması təmin olunur. Qeyd etmək lazımdır ki, hazırda Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə borcalanlar tərəfindən öhdəliklər vaxtında həyata keçirilir və ödənişlərdəəvvəlki dövrlərdən fərqli tendensiya müşahidə edilmir. Bütün bunları nəzərə alaraq, gəlirlərinin azalması və iş yerlərinin itirilməsi halları ilə üzləşmiş intizamlı borcalanlar yalnız qaydalarla nəzərdə tutulmuş əsaslar yarandıqda ipoteka kreditlərinin restrukturizasiyası üçün müvafiq qaydada müraciət edə bilərlər", - deyə açıqlamada qeyd olunub.
Kimlərə ipoteka kreditlərində güzəşt olacaq?



İpoteka şərtləri sadələşdirilib?- Rəsmi
Müəllim və həkimlərlə bağlı UNİKAL TƏKLİF
Verilən ipoteka kreditlərinin məbləği acıqlandı
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı açıqlama
İlham Əliyev FƏRMAN İMZALADI
Evi olmayanlara ŞAD XƏBƏR - İlham Əliyev fərman imzaladı
İpoteka krediti üzrə orta aylıq ödəniş nə qədərdir?
Hərbiçilərə şad xəbər-Kredit borclarınız...
İpoteka kreditləri sadələşdirilir
Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı məlum oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 