1 iyul tarixinədək taksi fəaliyyəti üçün icazə alanlar bir sıra üstünlüklərə malik olacaqlar.
Bu barədə cavab olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. Artıq bir aydır ki, yaşı 15 ili keçməyən nəqliyyat vasitəsi olan hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada müraciət edərək icazələr əldə edirlər.
“Bu zaman nəqliyyat vasitəsinə “avro-5” standartı tələbi tətbiq olunmur.
Qeyd edək ki, yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər bu fürsəti dəyərləndirib 1 iyul 2024-cü il tarixinə kimi bu keçidə daxil olub icazə üçün müraciət etməlidirlər. Bu tarixdən sonra yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə biləcəklər.
Məsələn, 11 il istehsal müddəti olan avtomobillə 1 iyul tarixinədək icazə alındığı təqdirdə növbəti 4 il taksi fəaliyyəti göstərmək mümkün olacaq”, - AYNA-dan bildirilib.
Həmçinin qeyd olunub ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır:
“Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək



Taksi sürücülərinə qarşı reyd keçirildi
Taksi sürücülərinin NƏZƏRİNƏ
Bakı-Sumqayıt marşrutu üzrə işləyən avtomobillərlə bağlı AÇIQLAMA
Bu yolda sərnişin daşıyanların NƏZƏRİNƏ
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
Bakının bu ərazisində taksi duracaqları yaradıldı
Nazirlikdən taksilərdəki dəyişikliklə bağlı açıqlama
65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb
Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur
Azərbaycanda buna görə taksi qıtlığı olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 