Bu gün iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri şirkətin “Neftçi” mənzil-tikinti kooperativi tərəfindən inşa olunan yaşayış kompleksində görülən işlərlə tanış olublar.
ONN media-nın SOCAR-a istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda Bibiheybət ərazisində yerləşən yaşayış kompleksində tikinti işlərinə 2020-ci ildə başlanılıb. Yaşayış kompleksində ümumilikdə 676 mənzildən ibarət səkkiz binanın inşası nəzərdə tutulub.
2023-cü ildə inşası tamamlanmış 17 mərtəbəli iki binada birotaqlı, ikiotaqlı və üçotaqlı olmaqla, ümumilikdə 252 mənzil var. Mənzillər tam təmir olunub, kommunal xidmətlərlə təchiz edilib. Kompleksdə digər altı binanın inşası davam edir.
Müşahidə Şurasının üzvləri və sakinlər arasında keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən neft-qaz sənayesi işçilərinin sosial təminatı və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulanıb. Neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyi qeyd edilib.
Ötən il mənzil növbəsində olan SOCAR əməkdaşları arasında inşası tamamlanmış binalardakı evlərin bölgüsü aparılıb. Yeni mənzil sahibləri arasında birinci və ikinci Qarabağ müharibələrində iştirak etmiş SOCAR əməkdaşları da var.
Tədbirdə evlərin sənədləri sahiblərinə təqdim edilib. Yeni ev sahibi olan əməkdaşlar mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində göstərilən dəstəyə görə təşəkkür ediblər.
Daha sonra tədbir iştirakçıları yaradılmış şəraitlə tanış olmaq məqsədilə mənzillərdə olublar.



Prezident Şuşada ilk yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub
İlham Əliyev və xanımı Şuşada yeni inşa olunan yaşayış kompleksində
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Prezident Mikayıl Cabbarova daha bir VƏZİFƏ VERDİ
Kəlbəcərdə ikinci yaşayış kompleksinin təməli qoyuldu
Bakıda evi olmayanlara şad xəbər - VİDEO
Güzəştli şərtlərlə ev almaq istəyənlərə ŞAD XƏBƏR
İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərilə görüşdü
SOCAR-dan BÖYÜK UĞUR
İlham Əliyev Cəbrayıla getdi
Prezident şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərlə tanış oldu (YENİLƏNDİ)
Sosial mənzil sahibi olanların DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 