Yayın gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL Avropa və Asiya şəhərlərinə uçuş proqramını genişləndirməyi planlaşdırır və sərnişinlərinə 60-a yaxın istiqamət üzrə uçuşlar təklif edir.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bu yay “Azərbaycan Hava Yolları” aviaşirkəti sizi Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Pakistan və digər ölkələrin bir çox şəhərlərinə səyahət etməyə dəvət edir. Aviaşirkətin Avropa üzrə uçuş coğrafiyası iyun ayından etibarən Buxarest və Sofiyaya reyslərin açılması ilə daha da genişlənəcək. Yayda AZAL sərnişinlərinin səyahət edə biləcəyi Avropa şəhərlərinin ümumi sayı 10-a qədər artacaq.
Belə ki, səyahətçilər, məsələn, ləzzətli yerli mətbəxdən zövq almaq üçün İtaliyaya, çimərlikdə dincəlmək və müxtəlif bayramlarda iştirak etmək üçün İspaniyaya, gözəl dağ mənzərələrini izləmək üçün Avstriyaya, orta əsr qalalarını ziyarət etmək üçün Çexiyaya və bir çox digər ölkələrə yollana bilərlər. Aviaşirkət Qara dəniz, Aralıq dənizi və Egey dənizindəki çimərlik kurortlarına, eləcə də Qırmızı dəniz və Fars körfəzi sahillərində yerləşən şəhərlərə və digər mükəmməl istirahət məkanlarına çox sayda uçuşlar təklif edir.
AZAL-ın reysləri ilə sərnişinlərin Bakıdan Barselona, Batumi, Soçi, Trabzon, Antalya, Dalaman, Bodrum, İzmir kimi heyrətamiz yerlərə, həmçinin Dubay, Tivat, Bəhreyn və gözəl çimərlikləri və maraqlı görməli yerləri olan dünyanın digər şəhərlərinə səfər etmək imkanı var. Yeni mədəniyyət və ənənələrə qərq olmaq istəyən səyahətçilər aviaşirkətin Pekin, Mumbay, Nyu-Dehli, İslamabad, Kəraçi və ya Lahor kimi istiqamətləri üzrə səyahət edə bilərlər. Bu ilin yay cədvəli çərçivəsində, xüsusən də məşhur beynəlxalq marşrutlarda, uçuşların tezliyinin əhəmiyyətli dərəcədə artırılması səyahətlərin planlaşdırılmasında rahatlığı təmin edəcək. Uçuş tezliklərinin artacağı istiqamətlərə Berlin, Moskva, Sankt-Peterburq, Ufa, Soçi, Antalya, İzmir, Trabzon, Bodrum, Tel-Əviv, Kişineu, Almatı, Batumi, Pekin, Sofiya, Tivat, Dammam, Dehli, Mumbay və s. daxildir.
Qeyd edək ki, 2022-ci ildə “Azərbaycan Hava Yolları” aviaşirkəti yay cədvəli çərçivəsində 27 istiqamət təklif edib, 2023 və 2024-cü illərdə bu göstərici 2 dəfədən çox artaraq müvafiq olaraq 55 və 58 istiqamətə çatıb. AZAL-ın bu yay beynəlxalq istiqamətlər üzrə ən çox reys həyata keçirəcəyi şəhərlər siyahısında ilk beşlikdə İstanbul, Antalya, Moskva, Dubay və Tbilisi yer alır. AZAL ilə unudulmaz anlar yaşamaq fürsətini qaçırmayın! Aviaşirkət tələbatın yüksək olduğu yay aylarında – tətil və məzuniyyət dövründə səyahət xərclərinə qənaət etmək üçün səfərinizi əvvəlcədən planlaşdırmağı tövsiyə edir.
Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala, mobil tətbiqinə daxil ola, eləcə də AZAL-ın kassalarına və akkreditə olunmuş agentliklərinə müraciət edə bilərsiniz.



Sofiyaya getmək istəyənlərə ŞAD XƏBƏR
AZAL bu istiqamətdə uçuşlara başladı
AZAL-dan daha bir YENİLİK
Bu ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ
"Azərbaycan Hava Yolları" Səudiyyə Ərəbistanının altı şəhərinə uçacaq
AZAL-dan daha bir ŞAD XƏBƏR
Bakıdan Ciddə istiqamətində müntəzəm reyslərə aviabiletlər satışa buraxılıb
Naxçıvana getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL məlumat yaydı- ARTIQ BAŞLAYIR
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Türkiyəyə getmək istəyənlərə ŞAD XƏBƏR
Bakı-Dubay təyyarəsi geri qayıtdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 