Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.
ONN media-nın əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verib.
Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıblar və vəziyyətləri ağırlaşıb.
Saat 04:50-də isə təcili tibbi yardıma müraciət edilib.
TƏBİB-dən bildirilib ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50-də Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdikləri məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, zəhərlənməyə viskinin səbəb olması ehtimal edilir. Hazırda araşdırmalar davam etdirilir.



Zəhərlənən dostlarla bağlı İLGİNC FAKTLAR
Bakıda tələbə pakistanlını döyərək qarət etdi
Bakıda ACI SONLUQ: 23 yaşlı qız...
Bakıda DƏHŞƏT! - Sərnişin avtobusu azyaşlını vuraraq öldürdü
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşub, 10 nəfər xəsarət alıb - FOTO
Bakıda AĞIR QƏZA - Bir ailənin 3 üzvü...
Azərbaycanda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi
Bakıda gənc oğlan döyülərək küçəyə atıldı
Partlayışda yaralananlardan ikisi evə buraxılıb - TƏBİB
Ana və 2 azyaşlı övladını avtomobil vurdu
Üç nəfər dəm qazından zəhərləndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 