Bakıda “My Music” otelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb.
ONN media Bakupost.az-a istinadla xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib.
İçkidən zəhərlənmələri barədə yayılan məlumatları da təkzib edirlər: “Nicat Cabbarlı və Xəzər Cabbarlı ümumiyyətlə spirtli içki qəbul etmirlər”.
Hadisə nəticəsində dünyasını dəyişmiş 1998-ci il təvəllüdlü Kənan Mustafayev kiçik yaşlarından ata-anasını itirib. Ona görə də həmişə dostlarının xüsusi qayğısı, diqqətində olub.
1993-cü il təvəllüdlü Orxan Əmirov kiçik bizneslə məşğul olub, Qaradağ rayonu, Lökbatan qəsəbəsində mağaza işlədirmiş.
1998-ci il təvəllüdlü Xəzər Cabbarlı Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısıdır. Zabitdir. İndi ehtiyata çıxıb. İdmançıdır.
1991-ci il təvəllüdlü Nicat Cabbarlı isə şəhid övladıdır. Şuşalıdır. Prezidentin şəxsən tapşırığı ilə onlara ev verilib. Onun Astara Gömrük İdarəsinə müavin təyin olunması da bundan sonra baş verib.
Faciə baş verən məclisi də Nicat təşkil edib. Hər dəfə Astaradan Bakıya gələndə dostlarını bir yerə yığırmış.
Qeyd edək ki, Səbail rayonunda yerləşən “My Music” otelində 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı TƏBİB məlumat yayıb. Bildirilir ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etməsi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıb.
Onların qidadan zəhərləndiyi düşünülürdü. Lakin Qida Təhlükəsizliyi Agentliyi məlumatı təkzib edib.
Hazırda araşdırmalar davam etdirilir



Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI
Ermənilər ölənlərin siyahısını tədricən açıqlayır
Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşub, 10 nəfər xəsarət alıb - FOTO
Bakıda tələbə pakistanlını döyərək qarət etdi
Bakıda dava: bıçaqlananlar var - Rəsmi
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gəncədə FACİƏ: bir ailə...
Qubada kütləvi zəhərlənmə olub
Azərbaycanda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi
Goranboyda dəhşətli qəza - ÖLƏN VƏ YARALILAR VAR
Zəhərlənən tələbələrlə bağlı YENİ XƏBƏR
Bakıda İLGİNC OLAY: Bu gün evləndilər, nikah şəhadətnamələri...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 