Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanandan sonra bu gün artıq rus sülhməramlı kontingentinin Xocalıdakı bazasından da hərbçilərin, hərbi texnika və silah-sursatın daşınmasının bitdiyi gündür. Yəni Rusiyanın Cənub Hərb Dairəsinin heyətinə daxil olan rus sülhməramlıları heyətinə aid olan bütün əmlak daşınıb. Onların bir hissəsi Gümrüdəki 102-ci hərbi bazadan gətirildiyi üçün oraya, qalanı isə dəmir yolu ilə Rostovda yerləşən Cənub Hərb Dairəsinin bazasına geri göndərilib.
Bu sözləri açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.
“Artıq proses yekunlaşır və biz yeni mərhələyə qədəm qoyuruq. Xocalıdakı hərbi baza da Ordumuz tərəfindən təhvil götürüləcək. Eyni zamanda oradakı hava limanının da ölkəmizin müvafiq dövlət qurumlarına təhvil verilməsi prosesi başlayacaq. 2020-ci ilin 10 noyabrında başlayan mərhələ bu gün bitdi. Tariximizdə 15 may Azərbaycan və Rusiya arasında münasibətlərin yeni səhifəsinin başlanğıcı kimi qalacaq”, - hərbi ekspert qeyd edib.
Xatırladaq ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan ərazisində 5 il müddətinə yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər



Türkiyə hərbiçiləri Azərbaycanı tərk edib?
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı SON XƏBƏR
Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək?
Rüstəm Muradova yeni vəzifə verildi
Rusiya bu qoşunları Suriyadan çıxardı
Rus ordusunun pilotları Ermənistanda təlim keçirib
Sülhməramlıların yeni rəhbəri Andrey Volkov kimdir?
Rusiya bu ölkədə hərbi bazasını gücləndirir
Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır
Rusiya Azərbaycanla sərhədə əlavə ordu yığır
Qarabağda gərginlik: ŞƏHİDİMİZ VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 