Yağ turşuları, antioksidantlar, karotenoidlər, "E" vitamini və xolinlər beyin sağlamlığını qorumağa kömək edir.
Bu barədə ABŞ-nin Nebraska Universitetinin alimləri araşdırma aparıblar. Onların tədqiqatlarının nəticələri "npj Aging" jurnalında dərc olunub.
Araşdırmada 65-75 yaşlı 100 nəfər koqnitiv sağlam insan iştirak edib. Onların həyat tərzi və rasionları haqqında məlumat toplanıb, qan nümunələri alınıb. İştirakçılar həmçinin koqnitiv bacarıqlarının qiymətləndirilməsi üçün testlərdən və beyin MRT-sindən (maqnit rezonans görüntüləmə) keçiblər.
Nəticələr göstərib ki, yaddaşı və diqqəti yaxşı olan insanlar yüksək miqdarda yağ turşuları olan məhsullar - yağlı balıq, qoz-fındıq, ispanaq, brokoli, tumlar və zeytun yağı istehlak ediblər.
O da müəyyən olunub ki, idrak sağlamlığını qorumaq üçün antioksidantlar və karotenoidlər vacibdir. Bu təbii faydalı maddələr bir çox meyvə, tərəvəz və giləmeyvələrdə olur. Onlar orqanizmin hüceyrələrini oksidləşdirici stressdən (xüsusi zərər formasından) qoruyurlar.
Bundan əlavə, qan biomarkerlərinin təhlili göstərib ki, "E" vitamini və xolin beynin qocalmasını ləngidə bilir. Heyvan mənşəli protein məhsulları bu qidalarla zəngindir



Diqqəti cəmləməyə kömək edən qidalar
Gənc dərinin və sağlam saçların SİRRİ
Damarlarımızı açan məhsullar
Depressiyada olanlar bu yağı qəbul etməlidir
Dərinin elastikliyi və təbii gözəlliyi qorumağa kömək edən 10 faydalı məhsul
Brokolinin inanılmaz faydaları
Payız mövsümündə bu tərəvəzlər immun sisteminizi qoruyacaq
Məşhur insanların pəhrizləri bunlardır
İnsanı 10 yaş cavanlaşdıran qidalar hansılardır?
Qaraciyər üçün faydalı olan 5 qida
Ümumdünya Səhiyyə Təşkilatı beyin qocalmasını ləngidən məhsulları açıqladı
Beyinin sağlamlığı üçün bu vitamindən istifadə edin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 