Yuxuya gedərkən və ya yuxu zamanı yıxılma hissi ilə bir çox insan tez-tez üzləşir.
ONN media xəbər verir ki, dünya əhalisinin 70%-nin bunu hansısa formada yaşadığı təxmin edilir.
Bəs yuxuda yıxılma hissinə nə səbəb olur?
Birdən sarsılma və ya yıxılma hissi adətən yuxuya gedəndə baş verir. Yuxu zamanı qeyri-iradi əzələ hərəkətinin bu fenomeni yuxu miyoklonusu (həmçinin hipnik miyoklonus) adlanır. Bir yuxu mərhələsindən digərinə keçərkən baş verməsi ehtimalı daha çoxdur. Nəticədə meydana gələn spesifik əzələ hərəkətləri hipnaqogik sarsıntılar (və ya hipnik sıçrama) adlandırılır.
Nəzəriyyələrdən biri budur ki, hadisənin yuxuya getməyə başlayanda baş verməsinin səbəbi yuxunun bu mərhələsinin kifayət qədər yüngül olmasıdır. Beyin həmin dövrü səhvən oyaqlıq kimi qəbul edə bilər. Ancaq əzələlərinizin hərəkət etmədiyinin də fərqindədir. Bu, beynin əzələlərə bir nəzarət forması olaraq mesaj göndərməsinə, onları oyandırmasına və ya qorunma vasitəsi kimi aktiv saxlamasına səbəb olur.
Nörotransmitterlər sərbəst buraxılır və sinir hüceyrələrindən mesaj daşıyaraq əzələ zülal hüceyrələrinə bağlanır. Bu bağlanma alıcı hüceyrələrə xüsusi bir şəkildə hərəkət etmələri, yəni əzələləri hərəkət etdirmələri üçün siqnal verir.
Yuxu pozğunluqları üzrə mütəxəssis Mehra deyir ki, əzələlərə çatan bu siqnal hərəkət, yıxılma və ya titrəmə hissi yarada bilər.
Həkim yuxuda yıxılma hissinə səbəb olan bəzi amilləri belə sıralayıb:
Stress
Stressli olduğunuz zaman zehniniz aktiv fəaliyyətinə davam edir və bu da gecələr sizi ehtiyac duyduğunuz istirahətdən məhrum edəcək. Bu hal yuxu tsiklinə təsir edə, yuxunun pozulma ehtimalını artıra bilər.
Stres səviyyənizi azaltmaq üçün əlinizdən gələni etsəniz, daha rahat və keyfiyyətli yuxuya qovuşa bilərsiniz.
Kofein
Həddindən artıq kofein istehlakının əzələlərin səyirməsinə səbəb olduğu bilinir. Kofein həmçinin ümumilikdə yuxu rejiminə pis təsir edir. İnsanı oyaq saxlayır və gecə yuxusunun keyfiyyətini azaldır.
Yuxusuzluq
Ehtiyacınız olan yuxunu ala bilmədiyiniz zaman bütün yuxu tsikli pozulur. Bu da yuxu miyoklonusu yaşamağınız ehtimalını artırır



Həddindən artıq yatmağın səbəbi nədir?
Qəribə yuxu görməyin insana faydası nədir?
Mən niyə yuxudan doymuram? SƏBƏBLƏR
Süd içmək niyə yuxu gətirir?
Əldə telefon yuxuya getmək təhlükəlidir — Alimlərdən XƏBƏRDARLIQ
Biz yatarkən beynimiz nə edir?
Bu qidalar yuxu problemini aradan qaldırır
Yatmazdan əvvəl banan yeyib süd içmək - Yuxusu pozulanlara məsləhət
Gündə neçə saat yuxu vacibdir? – Tanınmış həkimin tövsiyələri
Omikronun yeni simptomu
İdeal yuxu müddəti nə qədər olmalıdır?
Stress və depressiyanı müalicə ədən ən yaxşı üsul
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 