Həyatımızın üçdə birini yataraq keçirdiyimiz bir həqiqətdir. Fiziki sağlığımız üçün yuxu keyfiyyəti və norması yediyimiz qidalar qədər önəmlidir. Ancaq yuxuya niyə ehtiyacımızın olduğu hələ də tam aydın deyil.
Enerjimizi artırdığını, əhvalımızı yüksəltdiyini bilirik. Bəs bütün orqanlarımız yuxu zamanı dincələrkən beynimiz niyə hələ də çalışır? Elm adamları bunu araşdırıb.
ONN media bildirir ki, yuxu zamanı bütün bədənimizin yavaşladığını bilirik. Beyin istisnadır. O, durmaq bilmir! 24 saat eyni sürətlə, eyni şəkildə çalışır.
Yuxumuzda qərar veririk
Beyin yuxu zamanı gün ərzində yaşadıqlarımızı təhlil edir və səhər oyandığımızda nə cür davranmağı artıq bilmiş oluruq. Araşdırmalar göstərir ki, yuxu zamanı işləməyə davam edən şüuraltı "qərar vermə" mexanizmi daha da sürətlənir.
Xatirələri gücləndiririk
Yuxu zamanı beyin o gün yaşadığmız hadisələrə şəkil verir. Hətta digər xatirələrlə birləşdirib ta uşaqlıq xatirələrinə qədər aralarında güclü bir bağ yaradır. Yeni məlumatları möhkəmləndirmək və sonra yaxşı xatırlamaq üçün yuxuya ehtiyacımız var. Gecə yatmadan əvvəl öyrəndiklərimizin səhər tezdən daha yaxşı yadımızda qalması da bununla bağlıdır. Ancaq imtahanla bağlı olaraq "səhərə qədər yatmadan oxuma" planı qurmadan əvvəl bir düşünün, yuxuya mütləq ehtiyacınız var.
Ən yaxşı fikirlər yuxu zamanı ağlımıza gəlir
Yuxu yaradıcılığın ən yaxın dostudur. Oyanıqkən ağlınıza gəlməyən şeylər yatarkən gələ bilər.
Toksinləri təmizləyir
Yuxu zamanı beynimiz bir az da təmizlik işləri ilə məşğul olur. İrəliləyən yaşlarda Alzehmir və Parkinsona yol açacaq zərərli molekullar yuxu zamanı beyindən təmizlənir.
Uzun müddətli bacarıqlarımızı möhkəmləndiririk
Maşın, velosiped sürmək, tenis oynamaq, ya da başqa bacarıqlarımızı yuxu zamanı möhkəmləndirir və daha da avtomatik hala gətiririk. Beynimizin "uzunmüddətli hafizə" bölməsi REM yuxusundaykən qızışdırılır.



Stress və depressiyanı müalicə ədən ən yaxşı üsul
Mən niyə yuxudan doymuram? SƏBƏBLƏR
Qəribə yuxu görməyin insana faydası nədir?
Yuxuda yıxılma hissinə səbəb nədir?
Həftə sonu çox yatmaq faydalıdırmı? - ARAŞDIRMA
Həddindən artıq yatmağın səbəbi nədir?
İdeal yuxu müddəti nə qədər olmalıdır?
Omikronun yeni simptomu
Neçə saat yatmalıq?
Niyə əsnəyirik? - AÇIQLAMA
Yatmazdan əvvəl bunları etməyin - DİQQƏT!
Şirin yuxu istəyirsinizsə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 