Rus sülhməramlıların Qarabağdan çıxması davam edir.
Goran dəmir yolu stansiyasında 50 yük platformasına 60 avtomobil, Bərdə dəmir yolu stansiyasında isə 8 platformaya 12 yanacaq çəni yüklənərək Rusiya istiqamətinə yola salınıb.
Hazırda Goranda daha 67 avtomobil yüklənməyə hazırlanır.
Qeyd edək ki, apreldə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.
Xatırladaq ki, 19 aprel Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əlamətdar tarix oldu. İkitərəfli təmasların nəticələrinə əsasən, Ermənistan Qazaxın işğal edilmiş kəndlərini Azərbaycana qaytarmağa razılaşdı. Azərbaycanın hələ 2020-ci ildə delimitasiya prosesinin məhz Qazax rayonu ərazisindən başlamasına dair qaldırdığı məsələnin həlli Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti qələbəsi oldu



Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır
Sülhməramlıların son partiyası Qarabağı tərk etdi
Hikmət Hacıyev sülhməramlıların mandatından danışdı
Qarabağda nə qədər silahlı terrorçu var?
İlham Əliyev sərəncam imzaladı
Ordumuz üçün yeni mərhələ başlayır
Skakov: Bakı Qarabağda bununla hesablaşmalı olacaq
Prezident Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibini təsdiqlədi
Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb - Prezidentin köməkçisi
Rusiya sülhməramlıları Goranda toplaşıb
İlham Əliyev İtalyada forumda çıxış edir
Sülhməramlılar Rusiya vətəndaşını niyə Qarabağdan təxliyə etdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 