Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 %, qeyri-qida məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib.
ONN media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Mayda ayrı-ayrı qida məhsullarından aprelə nisbətən daha çox azalma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, artım isə əsasən düyünün, unun, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, xama və qatığın, kərə və zeytun yağlarının, limonun, almanın, ağ kələmin, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay may ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2% olub. Qeyri-qida mallarından daha çox artım şəxsi gigiyena məmulatlarının, sementin, yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100,5 % təşkil edib. Xidmətlərdən artım əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mobil telefon danışıqlarının, respublikadaxili istirahət turlarının, stomatoloji xidmətlərin, azalma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Əhalinin nəzərinə- Bu məhsullar bahalaşdı
Azərbaycanda bu qida məhsulları bahalaşdı
Azərbaycanda bu məhsullar bahalaşdı
Ölkədə istehlak məhsulları və xidmətlərin — QİYMƏTLƏRİ DƏYİŞDİ
Mal və qoyun əti UCUZLAŞDI
1 ay ərzində bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Azərbaycanda bu məhsulların qiyməti ucuzlaşdı
Ucuzlaşan və bahalaşan istehlak məhsulları hansılardır? - SİYAHI
Son ayda ən çox bahalaşan ərzaq məhsulları - SİYAHI
Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar hansılardır? SİYAHI
Bu məhsullar və xidmətlər BAHALAŞDI- SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 