Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozduğuna dair ard-arda xəbərlər yayır. Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu belə izah edib ki, ya həqiqətən atəşkəsin pozulması halları var, ya da bu eskalasiya məqsədilə həyata keçirilir.
ONN media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Paşinyan “eskalasiya” dedikdə Azərbaycan Ordusunun hansısa hücum planını həyata keçirmək üçün atəşkəsin pozulması barədə xəbərlər yaymasını nəzərdə tutur:
“Azərbaycanın Naxçıvandan atəşkəsi pozmaqda heç bir marağı yoxdur. Naxçıvan istiqamətində bizə sakitlik lazımdır? Əsas hədəfimizə çatmışıq, ərazi bütövlüyümüz və Qarabağ üzərində suverenliyimiz təmin olunub. Nikol Paşinyan “ya həqiqətən atəşkəsin pozulması halları var” deməklə əslində elə öz ordusunun təxribatına işarə edib. Paşinyan özü də bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur, üstəgəl silahlı qüvvələrə “Yerkrapa” kimi fərqli terrorçu qruplar cəlb edilib. Bu ilin fevralında Azərbaycanın mövqelərini elə “Yerkrapa” üzvləri atəşə tutmuşdular. Bunu Paşinyan da etiraf edib.
Nikol Paşinyan deyir ki, Bakıya sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm yaratmağı təklif etməyə hazıram.
Paşinyanın təklifinə indiki şərtlər altında razılaşmaq mümkün deyil. Birincisi, ortaq komissiyanın formalaşdırılması üçün ilk növbədə iki ölkə arasında sülh və ya çərçivə sazişinin imzalanması lazımdır. İkincisi, Paşinyanın da etiraf etdiyi kimi, ordusunda təxribatçı qüvvələr var və Ermənistan silahlı qüvvələri müxtəlif terrorçu qruplardan formalaşıb. Fevral ayında baş verən təxribata bir daha qayıdaq. Deməli, Ermənistan silahlı qüvvələrindəki “Yerkrapa” terrorçusu snayper atəşi ilə Azərbaycan hərbçisini yaralayıb və Paşinyanın məntiqinə görə belə halları “ortaq komissiya” araşdırmalıdır. Həmin “ortaq komissiya” məsələni araşdırana kimi terrorçu İrəvana geri dönərək cəzasız qalacaqdı. Azərbaycan isə atəş açılan postu dağıtmaqla və terrorçunu neytrallaşdırmaqla cavab verdi və doğru olan da budur. Paşinyan Naxçıvana açılan atəşi müəyyənləşdirmək üçün “ortaq komissiyanın” yerinə müdafiə nazirindən həmin istiqamətdə nələrin baş verməsiylə bağlı hesabat tələb etməlidir. Qarşısını almayacaqlarsa, fevralda olduğu kimi, atəşin açıldığı post zərbə ilə dağıdılacaq”



Azərbaycan ordusu atəşkəsi pozub?- Rəsmi
Paşinyandan əhaliyə ŞOK ÇAĞIRIŞ - Hər kəs SİLAHLANSIN
Paşinyandan KRİTİK AÇIQLAMA: Azərbaycanın anklavları və yeni sənəd...
Akar atəşkəsi pozan ermənilərin qarşısında TƏLƏB QOYDU
Paşinyandan atəşkəsə nəzarətlə bağlı riyakar AÇIQLAMA
Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
"Ermənistan güzəştə getməyə hazırdır" - Paşinyan
Paşinyanın ATASI ÖLDÜ
Paşinyan böyük milli fəlakətdir - Akopyan
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 