Mingəçevir şəhərində güclü külək nəticəsində ölən və xəsarət alanlar olub.
ONN media xəbər verir ki, dünən saat 19:40-da Mingəçevir şəhərində başlayan Şimal - Qərb küləyinin orta sürəti 14 m/s, daha sonra 26 m/s, 21:00-da maksimal sürəti 28 m/s olub.
Güclü külək nəticəsində şəhər ərazisində 25 ədəd ağac kökündən qırılıb, 27 ağacın iri budaqları qırılaraq yerə düşüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb, 400 abonentin qaz xəttinin verilişində fasilə olub, bir fərdi evin dam örtüyünə ziyan dəyib.
Qırılan ağac Nizami küçəsində nəqliyyat vasitəsinin üzərinə düşüb, sürücü xəsarət alıb.
Şəhərin Z.Həsənova küçəsi 2 ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünü dağılıb, beş sakin ağac aşması nəticəsində xəsarət alıb, Ağdam rayon sakini, 2003-cü il təvəllüdlü Qasımzadə Rəvan İsmixan oğlu isə aldığı xəsarətlərdən ölüb.
Külək səbəbindən 17 000 abonentin (ümumi nisbətin 48%-i) elektrik enerjisinin təchizatında 10 saat davam edən fasilə yaranıb.
Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanıb, nəqliyyatın və piyadaların hərəkətinə mane olan ağaclar hərəkət zolağından götürülüb, elektrik enerjisində fasilələr aradan qaldırılmağa başlanılıb.
Hazırda bərpa işləri davam etdirilir.



Külək Xırdalanda fəsadsız ötüşməyib
Güclü külək DƏHŞƏT YAŞATDI: İki nəfər...
Gəncədə güclü külək fəsad törətdi
Güclü külək nəticəsində xəsarət alan vəzifəli şəxs öldü
Bakıda güclü külək ağacı maşınların üzərinə aşırdı və...
Güclü külək nəticəsində Bakıda 93 ağac sındı
Güclü külək Gəncədə yenidən fəsad törətdi
Güclü külək səbəbindən Bakıda 27 ağac aşdı
Güclü külək ağacı maşının üzərinə aşırdı
Güclü külək 22 ağacı aşırdı: AVTOMOBİLLƏR ƏZİLDİ - YARALI VAR
Güclü külək Bakıda ağac və işıq dirəyini aşırdı
Mingəçevirdə yol qəzası olub- Xəsarət alan var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 