Ölkə ərazisində güclü şimal-qərb küləyi müşahidə edilir. Küləkli hava şəraiti paytaxtın bir sıra ərazilərində fəsadlara səbəb olub.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, şəhərin müxtəlif ərazilərində 27 ağac aşıb:
“Gecə saatlarından bu dəqiqələrə qədər daxil olan məlumat əsasında, güclü külək səbəbindən 27 ağacın aşması faktı aşkarlanıb. Aşan ağacların yaratdığı fəsadlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən dərhal aradan qaldırılıb”.
Fotolardan da göründüyü kimi, ağacların aşması nəticəsində parklanmış nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə qeyd edib ki, güclü hava şəraiti səbəbindən əhalinin elektrik enerjisi ilə təminatında hər hansı problem qeydə alınmayıb.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova mətbuata açıqlamasında bildirib ki, Bakı və Abşeron yarımadasında küləyin maksimum sürəti saniyədə 29 metrə çatıb. Eləcə də Qobustanda küləyin maksimum sürəti 23, Balakən, Şəki, Altıağac, Naftalanda 20, əksər rayonlarda isə 19 m/s-yə çatacaq. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb. Gün ərzində yarımadanın bəzi yerlərində isə küləyin maksimum sürəti 33-38 m/s-yə çatacaq.



Güclü külək nəticəsində Bakıda 93 ağac sındı
Güclü külək Bakıda 15 ağacı aşırtdı
Nazirlik hava ilə bağlı müraciət etdi
Güclü küləklə əlaqədar XƏBƏRDARLIQ
Bakıda küləyin aşırdığı ağacların sayı 21-ə çatdı
Güclü külək fəsad törətdi - 3 avtomobil...
Bakıda külək dayanacağın damını uçurdu
Bakıda güclü külək fəsadlar törətdi - VİDEO
Güclü külək Bakıda ağacları aşırdı
Güclü külək Bakıda 4 sağlam ağacı aşırdı
Sürücülərə MÜHÜM XƏBƏRDARLIQ
Bakıda külək 76 ağacı aşırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 